Icma.az
close
up
RU
AZAL dan Tblisi Bakı reysinin fantastik qiymətinə reaksiya NATİQ CƏFƏRLİ İSƏ DEYİR Kİ...

AZAL dan Tblisi Bakı reysinin fantastik qiymətinə reaksiya NATİQ CƏFƏRLİ İSƏ DEYİR Kİ...

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstandan Azərbaycana təyyarə biletlərinin kəskin bahalaşması ciddi narazılıqlara səbəb olub.

Belə ki, son bir neçə gün ərzində Tblisidən Bakıya AZAL-ın həyata keçiridiyi uçuşlarda qiymətlər 1200  manata qədər bahalaşıb. 

Buna səbəb isə AZAL-ın digır xarici aviadaşıyıcılara qadağası, rəqabətdən qaçmasıdır. 

Hətta bu məsələ ilə bağlı Gürcüstan mediasında da tənqidi mövqelər ifadə olunub.

 Gununsesi.info-nun məsələ bağlı sorğusuna  AZAL-ın İctimaiyyətlə Əlaqələr Şöbəsindən cavab verilib.

Şirkət qiymətlərin baha olmasını təyyarə reyslərində yaxın tarixlər üçün satışda yalnız biznes sinif yerlərinin qalması ilə əlaqələndirib.

“Bu isə qiymətlərin yüksək görünməsinə səbəb olur. Halbuki, ekonom və biznes sinifləri arasındakı qiymət fərqi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş normal bir praktika sayılır.

 Hazırda bu istiqamət üzrə gündəlik 5 müntəzəm reyslə yanaşı, əlavə uçuşlar da yerinə yetirilir. Artan mövsümi tələbat səbəbindən biletlər, adətən, uçuşa bir neçə həftə qalmış tamamilə satılır.  Məhz bu yüksək marağı nəzərə alaraq “Azərbaycan Hava Yolları” texniki imkanlar çərçivəsində əlavə uçuşlar həyata keçirir.Ötən illə müqayisədə aviaşirkətin bu istiqamət üzrə tariflərində hər hansı dəyişiklik edilməyib”.

 BUNA DA BAX:

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu

Cavabda o da  vurğulanıb ki, bu istiqamətdə digər aviaşirkətlər tərəfindən uçuşların həyata keçirilməsi, dövlətlərarası sazişlərin mövcudluğuna bağlıdır:

“Xatırlatmaq istərdik ki, 2023-cü ildən etibarən bu marşrut üzrə “Georgian Wings” də AZAL ilə yanaşı uçuşlar həyata keçirirdi. Hazırda həmin reyslərin dayandırılmasının səbəbləri barəsində ətraflı məlumat almaq üçün Gürcüstanın müvafiq aviasiya qurumlarına və ya birbaşa “Georgian Wings” aviaşirkətinə müraciət edə bilərsiniz”.

Mövzu  ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, Gürcüstan istiqamətində qiymətlərin baha olması, tələbin yüksək olmasından irəli gəlir:

“Bunun əsas səbəbi də quru sərhədlərin bağlı olmasıdır. AZAL-da 1200 manatlıq qiymətlər biznes klas biletinə aiddir, çünki sadə biletlər artıq tükənib. Çox böyük tələb var. Nəzərə alsaq ki, Gürcüstanda 400-450 minə yaxın soydaşımız yaşayır. Demək olar ki, bütün ailələrin Azərbaycanda qohumları var və yay tətili dövründə tələb daha da artır. Quru sərhədlərin bağlı qalması qiymətlərin yüksəlməsinə və tələbin artmasına səbəb olur”.

İqtisadçının sözlərinə görə, quru sərhədlər açılan kimi AZAL-ın qiymətləri də aşağı düşəcək:

“Burada söhbət məhz Gürcüstan istiqamətindən gedir. Bundan əlavə, tələb yüksəkdirsə, AZAL az tələb olunan istiqamətlərdəki reysləri azaltmalı və Gürcüstan istiqamətində reyslərin sayını artırmalıdır. Çünki doğrudan da bu istiqamətdə tələb həddindən artıq yüksəkdir.

Hazırda gün ərzində bir neçə reys mövcuddur, lakin bu da kifayət deyil. Əgər reyslərin sayı, heç olmasa, sentyabrın 15-dək, yay mövsümü bitənə qədər artırılsaydı, bu, qiymətlərə də təsir göstərərdi. Beləliklə, AZAL-da qiymətlərin yüksək olmasının əsas səbəbi quru sərhədlərin bağlı qalmasıdır”.

 Ona görə də vəziyyətdən çıxış yolu kimi  quru sərhədlərin açılması barədə qərar olmalıdır.

Əgər quru sərhədlər açılarsa, bu qiymətlərin tənzimlənməsinə səbəb olacaq.

Gülxanım Əliyeva 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri