Icma.az
close
up
RU
“AZAL ın taksi qiymətləri iqtisadi qanunlara ziddir” İQTİSADÇI

“AZAL ın taksi qiymətləri iqtisadi qanunlara ziddir” İQTİSADÇI

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq etdiyi yeni taksi xidmətinin qiymətləri ilə bağlı ciddi narahatlıqlar yaranıb. Yeni tariflərə görə, 3 km-ə qədər olan məsafələr üçün 6 manat, 3-25 km arası hər km üçün 0.95 manat, 26 km-dan yuxarı isə hər km üçün 0.70 manat ödəniləcək.

Bu qiymətlər, xüsusilə şəhərin mərkəzinə olan əsas marşrutlar üçün 25-30 manat arasında dəyişir ki, bu da şəhər daxilindəki digər nəqliyyat xidmətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

Bəzi ekspertlər bu addımı monopoliyanın möhkəmləndirilməsi və sərnişinlərə əlavə maliyyə yükü qoyulması kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, iqtisadi qanunlara zidd hərəkətlə iqtisadi inkişafa nail olmaq mümkün deyil:

“Birmənalı şəkildə bildirmək istəyirəm ki, heç bir halda taksi qiymətlərinin dövlət və ya dövlətə məxsus qurum tərəfindən tənzimlənməsi düzgün deyil.

Ümumiyyətlə, iqtisadi qanunlara zidd hərəkətlə iqtisadi inkişafa nail olmaq mümkün deyil. Necə ki, təbiəti fotosintez və suyun dövranı yaşadır, iqtisadiyyatı da rəqabət yaşadır.

Təbiətin qanunlarına qarşı çıxmaqla planetimizi qoruya bilmədiyimiz kimi, rəqabət kimi iqtisadiyyatın zəruri qanunlarına qarşı çıxmaqla da iqtisadi inkişafı təmin etmək mümkün deyil”.

Eldəniz Əmirov qeyd edib ki, rəqabət məcəlləsi qəbul olunub və ölkədə sahibkarlığın inkişafı üçün rəqabət çox önəmlidir.

“Artıq bir neçə sahədə bəzi qurumların rəqabət mühitini boğmağa yönəlmiş addımlarına rast gəlirik. Mən belə hərəkətləri dəstəkləmirəm və doğru hesab etmirəm”-deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri