Icma.az
close
up
RU
AZAL təyyarəsinin qəzası beynəlxalq hüquq prizmasında: Məsələyə hüquqi qiymət verilənədək əhəmiyyətini saxlayacaq

AZAL təyyarəsinin qəzası beynəlxalq hüquq prizmasında: Məsələyə hüquqi qiymət verilənədək əhəmiyyətini saxlayacaq

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin imzası ilə Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub Vladimir Putinin mövqeyinə açıq-aşkar hörmətsizlikdir və Bastrıkinin hansı siyasi ambisiyalarda olduğunu göstərir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev 2024-cü il dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı mətbuatda yayılan sənədi şərh edərkən deyib.

Deputat bildirib ki, həmin məktubun məzmunu Putinin ötən ilin oktyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə açıqladığı rəsmi mövqe ilə açıq-aşkar ziddiyyət təşkil etdiyinə diqqət yetirilməlidir:

"Vladimir Putin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Həmçinin Putin üzr istədiyini bir daha xatırlatmışdı. Ötən il səsləndirilən cəfəng quşla toqquşma iddiasından sonra hava şəraitinin qəza səbəbi kimi gündəmə gətirilməsi və istintaqa xitam verilməsi absurddur, heç bir məntiqə sığmır. Mahiyyət bundan ibarətdir ki, Rusiya hava məkanında, Qroznı şəhərinin yaxınlığında təyyarəmiz yerdən açılan atəş nəticəsində zədələnib. Həmçinin təyyarəmiz radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə salınıb. Nəticə etibarilə, təyyarənin Aktau yaxınlığında məcburi qəza enişi zamanı 38 nəfər faciəli şəkildə həyatını itirib.

Əgər məsələ Rusiya-Azərbaycan ikitərəfli formatında həllini tapmayacaqsa, beynəlxalq hüquq çərçivəsində hüquqi qiymət verilməsi üçün Azərbaycan malik olduğu müxtəlif hüquqi alətləri işə salacaq. Azərbaycanın haqlı tələbləri beynəlxalq hava hüququnun prinsiplərinə, mülki aviasiyanın təhlükəsizliyinə qarşı qeyri-qanuni hərəkətlərlə mübarizəni nəzərdə tutan beynəlxalq normalara və Rusiya ilə hava əlaqələri haqqında ikitərəfli müqavilənin tələblərinə tam uyğun gəlir".

Deputat vurğulayıb ki, mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə aparmaq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əsas vəzifələrindəndir:

"1944-cü il Çikaqo Konvensiyası əsasında yaradılmış ICAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını və bu sahədə beynəlxalq əməkdaşlığı təşkil etmək, eləcə də əlaqələndirmək səlahiyyətinə malikdir. Bu kontekstdə, xüsusilə AZAL təyyarəsinin vurulması ilə bağlı "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında" 1971-ci il Monreal Konvensiyasının yaratdığı öhdəlikləri və dövlətlərin üzərinə düşən məsuliyyəti vurğulamaq lazımdır. Monreal Konvensiyasının 1-ci maddəsinə görə, istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə onu sıradan çıxaran, yaxud uçuş zamanı təhlükə yarada bilən zədə yetirilməsi beynəlxalq mülki aviasiya üçün təhlükəli cinayət əməlləri sırasına daxil edilib. Həmin maddənin 2-ci hissəsinə əsasən, yuxarıda sadalanan cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya bu cinayətin törədilməsində iştirakçı qismində çıxış edən şəxs də cinayət törətmiş sayılır. Bundan əlavə, Azərbaycan ilə Rusiya arasında 1993-cü il noyabrın 22-də bağlanmış "Hava əlaqəsi haqqında" Sazişin 18-ci maddəsi beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizəni və müvafiq hüquqi məsuliyyəti nəzərdə tutur".

Parlamentari beynəlxalq praktikanı nümunə kimi göstərərək bildirib ki, Malayziya Hava Yollarına məxsus, MH17 reysini yerinə yetirən təyyarənin vurulması və bundan sonra müxtəlif məhkəmələrdə qaldırılan iddialar da bunu təsdiqləyir:

"Malaysia Airlines"a məxsus "MH17" reysi 17 iyul 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın şərqində qəzaya uğradı. Təyyarədə olan 298 nəfərin hamısı həlak oldu. Beynəlxalq istintaqın nəticəsinə görə, təyyarə münaqişə zonasından atılan "Buk" tipli zenit raketi ilə vurulmuşdu. Hadisə beynəlxalq səviyyədə böyük rezonans doğurdu və ciddi siyasi-hüquqi nəticələrə səbəb oldu. BMT, Avropa İttifaqı (Aİ), NATO və digər beynəlxalq qurumlar məsələ ilə bağlı qəti mövqe ortaya qoyaraq şəffaf, müstəqil və obyektiv istintaq aparılmasını tələb etdilər. Bu hadisə beynəlxalq ictimaiyyət qarşısında münaqişə zonaları üzərindən mülki uçuşların təhlükəsizliyi, dövlətlərin məsuliyyəti və beynəlxalq hüquqi mexanizmlərin effektivliyi ilə bağlı ciddi suallar yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2024-cü ilin dekabrında səsləndirdiyi fikir bu gün də aktuallığını qoruyur və məsələyə tam hüquqi qiymət verilənədək əhəmiyyətini saxlayacaq. Dövlətimizin başçısı qeyd etmişdi ki, Rusiya tərəfi məsələni ört-basdır etməyə çalışır və bu, heç kimə başucalığı gətirmir".

Qeyd edək ki, internetdə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dolaşmaqdadır. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur. Təbii ki, bu cür ifadələr baş vermiş faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Çünki qəzadan az sonra yayılan məlumatlarda AZAL təyyarəsinin "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı bildirilirdi. 2025-ci ilin son günlərində Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı istintaq məlumatlarına görə də "hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir".

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri