Icma.az
close
up
RU
AZAL uşaqlar üçün kitab nəşr etdirdi Fotolar

AZAL uşaqlar üçün kitab nəşr etdirdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) balaca sərnişinləri üçün daha bir xoş yenilik təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici “Arzulardakı mavi təyyarə” (“Blue Plane Dreams”) kitabı nəşr olunub.

Kitab AZAL-ın sifarişi ilə “TEAS Press” Nəşriyyat Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib.

Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.

Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.

Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir. Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi Murad modeli yığmaqda ona kömək edir.

Kitabda həmçinin təyyarələrin necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki, təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan ilhamlanaraq hazırlanıb.

Azər üçün həmin il xüsusi əhəmiyyət daşıyır: o, çox istədiyi hədiyyəni almaqla yanaşı, ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq arzusunu daha da möhkəmləndirir.

“Arzulardakı mavi təyyarə” layihəsi AZAL-ın uşaqlar arasında aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib hissəsidir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri