AZALın qəzaya uğrayan təyyarəsini koordinasiya edən dispetçer: Kovyor planından xəbərim olmayıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə barədə yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, məlumatı Anhor.uz portalı yayıb.
Belə ki, dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarənin Qroznıda uğursuz enişini koordinasiya edən dispetçer "Terek" (indiki "Axmat") futbol klubunun keçmiş oyunçusu Əli İdrisov olub.
O, dünən axşam AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə Qroznıda Rusiya İstintaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib.
Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı PUA hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb, "Kovyor" planı barədə isə faciə baş verəndən beş dəqiqə sonra məlumat alıb.
Məlumatda, həmçinin qeyd olunub ki, müstəntiqlər 38 nəfərin həyatına son qoyan faciənin səbəblərinin araşdırılması çərçivəsində Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını da dindiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















