AZALın təyyarəsinin şifrəsi açılan “qara qutu”ları Qazaxıstana göndərilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 7 yanvar, AZƏRTAC
Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin “qara qutu”larının təhlilini Braziliyada Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) başa çatdırıb.
AZƏRTAC Braziliyanın G1 portalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən mənbələrin sözlərinə görə, iki qeydiyyat cihazında olan məlumatların çıxarılması, əldə edilməsi və yoxlanılması başa çatıb.
“O Globo” nəşrinin yazdığına görə, qurum artıq müvafiq məlumatları Qazaxıstana göndərib. Avadanlıq yanvarın 1-də Braziliya ərazisinə gətirilib və növbəti gün onun təhlilinə başlanılıb.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















