Azarkeşlərə görə matçı boykot edə bilərlər
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qroningen” “Ayaks”la keçiriləcək pley-off matçını boykot edə bilər.
QOL.az xəbər verir ki, klubun baş direktoru Frank van Mosselveld “RTV Noord” nəşrinə açıqlamasında bu variantın ciddi şəkildə nəzərdən keçirildiyini bildirib. Buna səbəb “Qroningen” azarkeşlərinin oyuna buraxılmaması ilə bağlı qərardır.
Məlumata görə, “Ayaks”ın stadionunda Harri Staylsın konserti keçiriləcəyi üçün qarşılaşma Volendam şəhərindəki “Kras” stadionuna köçürülüb. Lakin yerli hakimiyyət orqanları təhlükəsizlik səbəbi ilə qonaq azarkeşlərin stadiona girişini qadağan edib.
Baş direktor matçın “Qroningen”in öz stadionu olan “Euroborg”da keçirilməsini təklif edib. Onun sözlərinə görə, azarkeşlərin cəzalandırılması qəbuledilməzdir və klub onların oyunda iştirakını təmin etmək üçün bütün addımları atacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 18 May 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















