Icma.az
close
up
RU
Azebirja da 128 min manat batıran oğlanı vəkil xanım da aldatdı: İpin ucu Kürdəxanıyadək uzanır

Azebirja da 128 min manat batıran oğlanı vəkil xanım da aldatdı: İpin ucu Kürdəxanıyadək uzanır

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Hollivud filmlərinin süjetini geridə qoyan hadisə baş verib. Üst-üstə iki dəfə dələduzluğa məruz qaldığını iddia edən şəxs redaksiyamıza müraciət edib.

Oxu.Az-a danışan şikayətçi Asəf İlqar oğlu Ramazanov qeyd edib ki, əvvəlcə kriptovalyuta birjası kimi tanınan "Azebirja" şirkəti tərəfindən aldadılıb.

O, şikayətini belə izah edib:

"2024-cü ilin iyul ayından etibarən "Azebirja" adlı şirkətə kreditor kimi 128 min manat yatırım etmişəm. Həmin şirkətin rəhbəri Ali Aksun mənə gündəlik 512 manat yatırım faizi ödəməli idi. Lakin oktyabr ayının 24-ü kütləvi şikayət olduğuna görə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Ali Aksun saxlanıldı, ona möhlət verildi ki, dekabrın sonuna qədər şikayətçilərin pulunu ödəsin. Ancaq həmin şəxs daha sonra, dekabrın 15-də evində müəmmalı şəkildə ölü tapıldı.

Hadisənin bir az əvvəlinə qayıdaq, çünki başqa bir dələduz tərəfindən aldanılmışam. Sözügedən "Azebirja" adlı şirkətin pulumu ödəmədiyini görəndə problemin həll edilməsi üçün sosial şəbəkə vasitəsilə vəkil axtardım. Qarşıma Səbiyyə İlham qızı Panəliyevaya aid olan səhifə çıxdı. Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva ilə əlaqə saxladım. O mənə dedi ki, şirkət sahibi ölkədən çıxmamış tez işə başlamalıyıq. Mən də ona güvəndim. Aramızda çoxsaylı "WhatsApp" yazışmaları mövcuddur. Etibarımdan sui-istifadə edərək cəmi iki gün müddətində məndən xidmət haqqı olaraq ümumilikdə 12 min 96 manat aldı. Sentyabr ayının əvvəlində həmin vəkilə müraciət etmişdim. İki gün sonra mən həmin şəxsdən bağlanılmış müqavilələrin fotosunu istədim. Müqavilələrin və iş vəsiqəsinin fotosunu atmayanda bildim ki, növbəti dələduzluğa məruz qalmışam".

Şikayətçi əlavə edib ki, Səbiyyə Panəliyevanın sonradan bir neçə şəxsi də bu formada aldatdığını və pullarını mənimsədiyini öyrənib:

"Hətta bizim S.Panəliyeva tərəfindən zərərçəkənlər kimi 12 nəfərlik "WhatsApp" qrupumuz var. Ən çox da mənim vəsaitim mənimsənilib. Sonuncu dəfə həmin xanıma yazanda mənə bildirdi ki, get, hara şikayət edirsən et, mən heç kimdən qorxmuram.

Həmin vəsaiti bankdan kredit götürərək bu şəxsə vermişəm. Hər gün həmin vəsaitin üzərinə faiz gəlir. Ailəmizdə maddi və mənəvi durumumuz çox ağırdır".

A.Ramazanov qeyd edib ki, məsələ ilə bağlı əvvəlcə Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə şikayət edib:

"İşə ilk olaraq Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində baxılıb, sonra isə istintaqa yönəldilib. Məndən izahat alınıb. Bu şəxs hər gün müxtəlif insanları dələduzluq yolu ilə aldadır. Amma şikayətimdən yeddi ay keçməsinə baxmayaraq, S.Panəliyevaya cinayət işi açılmayıb".

Məsələ ilə bağlı adı hallanan Səbiyyə Panəliyevanın mövqeyini öyrənmək üçün özü ilə əlaqə saxladıq.

O, Oxu.Az-a açıqlamasında iddiaları təkzib etmədiyini bildirib, lakin bu məsələlərin özünə bağlı olmadığını deyib:

"Mən özüm də bu məsələ ilə bağlı zərərçəkən tərəfəm. İş artıq məhkəmədədir. Altı min manat Asəfdən, digər altı min manatı isə onun dostundan almışam. Həmin pulu Məhəmməd Akif oğlu İsgəndərova vermişəm. Həmin oğlan oktyabrın 2-də həbs edilib, indi Kürdəxanı cəzaçəkmə müəssisəsindədir. Məhəmməd İsgəndərov əvvəl mənim nişanlım olub. Mən onunla vətəndaş işləri görürdüm və çox güvənirdim. Sən demə, mənim özümü də aldadırmış. İntihara qədər cəhd etdim.

270 min manatı şikayətçi vətəndaşlara özüm qaytardım ki, təki sakitlik olsun. Asəflə də bu yaxınlarda dedim ki, mart ayının axırına qədər məni gözlə, pulu tam formada sənə ödəyəcəyəm. O Məhəmməd mənim evimi yıxdı. Oğlan məndən başqa 10 nəfəri də aldadıb. İyun ayının 19-u nikah bağlamalı idik. Amma dələduz olduğunu görəndən sonra imtina etdim".

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyası (VK) vətəndaşlara özünü vəkil kimi təqdim edərək pul aldığı iddia edilən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib. Barəsində şikayət olunan Səbiyyə İlham qızı Panəliyevanın Kollegiyanın üzvü olmadığı qeyd olunub.

Sözügedən məsələni Səbiyyə Panəliyevadan soruşduqda məlumatı təsdiqlədi:

"Bəli, Vəkillər Kollegiyasının üzvü deyiləm. Sadəcə, rəsmi sənədlərlə Beynəlxalq Hüquq Mərkəzinin hüquqşünasıyam".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var:

"Həmin müraciətlər əsasında araşdırmalar aparılır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Mart 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see151

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri