Azər Bağırov “Qarabağ”a qol vuran hücumçunu intizamsızlığa görə komandadan göndərib
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cavad Kərimov “Kəpəz”in əsas komandasından uzaqlaşdırılıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırov təsadüfən belə qərar qəbul etməyib.
20 yaşlı hücumçunun məşqlərdə özünü pis aparması, verilən tapşırıqlara etinasız yanaşması çalışdırıcını sərt mövqe sərgiləmək məcburiyyətində qoyub. Gənc mütəxəssis məhz bu üzdən “Turan Tovuz”dan Sadiq Şəfiyevin icarəyə götürülməsini istəyib. “Sarı-göylər”in öz yetirməsi isə mövsümü əvəzedici heyətdə başa vuracaq.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada debüt eləmiş və yeganə qolunu “Qarabağ”a vurmuş 2004-cü il təvəllüdlü forvard qarşıdakı aylarda əsas komandanın məşqlərində də iştirak edə bilməyəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















