Icma.az
close
up
RU
Azər Bayramov: Ermənistanın sülhlə bağlı danışdıqları sadəcə manipulyasiyadır

Azər Bayramov: Ermənistanın sülhlə bağlı danışdıqları sadəcə manipulyasiyadır

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

“Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini təhvil verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. Bu addım Yunanıstan-Ermənistan hərbi əməkdaşlığının tərkib hissəsi kimi qiymətləndirilir və regionda vəziyyəti daha da gərginləşdirə bilər. Ermənistan son dövrlərdə hərbi texnologiya və silah tədarükünü sürətləndirib, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq sənədləri imzalayıb. Fransa, Hindistan və Yunanıstandan aldığı hücum xarakterli silahlarla Ermənistana Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərmək üçün şərait yaradılır”.

“Ermənistan tərəfinin sülhlə bağlı danışdıqları sadəcə manipulyasiyadır. Əməli olaraq Ermənistanın fəaliyyətlərinə baxdığımız zaman biz burada sülh yox, tam əksinə silahlanmanı müşahidə edirik. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş Ermənistan ordusu və onun böyük çoxunluqla sıradan çıxarılmış hərbi texnikasını yenidən bərpa etməyə çalışdığı göz önündədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Hərbi ekspert qeyd edib ki, bütün bu proseslərdə də baş havadarı Fransanın riyakarlığını da xüsusilə qeyd etməliyik və bir çox ölkələr var ki, məhz onlardan Ermənistana silah tədarükü Fransanın dirijorluğu altında baş verib.

“Son olaraq da Yunanıstandan S-300-lər, Osa-AK və Tor-M1 hava hücumundan müdafiə sistemlərinin Ermənistana tədarükü bunun əyani sübutudur. Nəzərə almalıyıq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hava hücumundan müdafiə sistemlərinin çoğunluğunu məhz Azərbaycan ordusu sıradan çıxarmışdı. Ermənistan hazırda həmin itirilmiş texnikanın bərpası ilə məşğuldur. Bu da öz-özlüyündə məhz Ermənistanı sülhə yox, revanşa hazırlaşdığının daha bir göstəricisidir. Əlbəttə, düşmənin arsenalında olan silah-sursatın qiymətləndirilməsi vacibdir. Ancaq bu tədarük olunan silahlar hər hansısa bir şəkildə Ermənistana üstünlük qazandırmayacaqdır. Çünki istər İkinci Qarabağ müharibəsində, istər antiterror tədbirlərində, hansı ki, Ermənistan ordusunun arsenalında eyni zamanda separatçı rejimə ötürdüyü bir çox hava hücumundan müdafiə sistemləri var idi ki, məhz bu gün Yunanıstandan Ermənistana tədarükü planlaşdırılan silahlardan, texniki xüsusiyyətlərinə və bir çox parametrlərinə görə daha üstün idi. Ancaq biz elə antiterror tədbirlərin ilk saatlarında həmin o sistemlərin Azərbaycan ordusunun peşəkarlığı və həmçinin arsenalımızda olan yüksək dəqiqlikli silahlarla sıradan çıxarıldığını müşahidə etdik”.

“Bu da bir daha onu deməyə əsas verir ki, məhz belə silah-sursat Ermənistana hər hansı bir şəkildə kömək etməyəcək. Xüsusilə qeyd etməliyik ki, Ermənistan və onun riyakar havadarları, ötürülən silahların müdafiə silahı kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Ancaq bu, qətiyyən belə deyil, çünki məhz Fransa və Hindistandan verilən silahlar, burada uzaq məsafəni vura bilən haubitsalar, reaktiv yaylım atəş sistemləri daxil olmaqla hər hansısa bir müdafiə əlaməti olmadığını görürük. Elə hesab edirəm ki, Ermənistanın bu davranışları onların özləri üçün yaxşı nəticə verməyəcək. Məhz sözügedən məsələ ilə bağlı cənab Ali Baş Komandan da öz çıxışında xüsusilə vurğuladı ki, əgər hər hansısa bir şəkildə bu silahlanma bizim üçün ciddi risklər yaradacaqsa, Azərbaycan tərəfi zəruri tədbirləri həyata keçirəcək. Eynilə də həmin o silahları təsir məsafəsinə görə hər hansısa bir formada Azərbaycan sərhədlərinə yaxınlaşdırmağa cəhd edərsə, Ermənistan tərəfi bunun ağır nəticələrini hiss etmək məcburiyyətində qalacaqdır. Baş verənlərdən Ermənistan və onun havadarlarının hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyacaq”.

Rəfiqə NAMAZƏLİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri