Icma.az
close
up
RU
Azər Məmmədov: Düşünürəm ki, 7 xal bizim üçün yaxşıdır

Azər Məmmədov: Düşünürəm ki, 7 xal bizim üçün yaxşıdır

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan ləzzət ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir az psixoloji eniş yarandı. Hesabda geriyə düşdükdən sonra geridönüş edə bildik. Son dəqiqədə qələbə qolunu vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdlır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?

- Hələ ki baxa bilməmişəm. Yəqin ki, düzgün qərar veriblər. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirə bilərəm.

- Evdə keçirilən 4 oyunda 7 xal qazanmısız. Bu nəticə sizi qane edir?

- Hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komanda var. Yenidənqurma stabillik üçün çətindir. Çalışırdıq ki, stabillik yaradaq. Düşünürəm ki, 7 xal bizim üçün yaxşıdır.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. "Sabah"la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir az təcrübə çatmır. Daha çox qol vura bilərdik.

- Gözlənilənin əksinə olaraq 7 xal toplamısız. Sanki bəziləri bunu həzm etmir. Məğlubiyyətlərdən sonra sizə qarşı kampaniya aparılır. Hətta "Kəpəz"i yeni yarananan "Gəncəbasar"la da müqayisə  edirlər. Bu fikirlərə münasibətiniz necədir?

 - "Gəncəbasar"ın yaranmasına ən çox sevinənlərdən birə mənəm. Çünki şəhərimizdə komanda sayı çox olmalıdır. "Kəpəz" burada həmişə "bir nömrə" olub. Sosial şəbəkələrə gəlincə, elə adamlar var. Məqsədli şəkildə edirlər. Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər.

- Milli fasilədən sonra nələri dəyişməyi planlaşdırırsız?

- Oyundan əvvəl futbolçulara dedim ki, burada olan 15 min azarkeş futboldan həzz almalıdır. Gəncədən olan azarkeşlər Azərbaycan futboluna rəng qatır. İlk matçlarda bəzi futbolçularda həyəcan olurdu. Elə oyunçlar var ki, belə atmosferdə oynamayıblar. Artıq oyundan-oyuna buna öyrəşiriik. Milli fasilədə daha da yaxşı hazırlaşıb burada yaxşı oyunlar keçirmək istəyirik.

- Rəqib baş məşqçi bildirdi ki, tribunada kimsə hakim fitinə bənzər fitdən istifadə edirdi. Bu haqda fikriniz necədir? 

- Fiti mən də eşiridirdim. Ammma bu hər iki komandaya təsir edirdi. Mən də belə şeyin olmasını istəməzdim. 15 min azarkeşin içində balaca fiti tapmaq çətindir. Bizim futbolçulara da təsir edirdi. 

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Sentyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri