Icma.az
close
up
RU
Azər Rəşidoğlu: Dedi ki, siz sağalana qədər dövlət yanınızda olacaq

Azər Rəşidoğlu: Dedi ki, siz sağalana qədər dövlət yanınızda olacaq

Icma.az, Ayna saytına istinadən bildirir.

Tanınmış jurnalist: "İndi həmin şəxslərə təşəkkür borcumu ödəmək istəyirəm"

Bir müddətdir ciddi onkoloji  xəstəlikləı mübarizə aparan tanınmış jurnalist və siyasi icmalçı Azər Rəşidoğlu sosial şəbəjə səhifəsində paylaşım edib.

AYNA.AZ-ın məlumatına görə, jurnalist çətin anlarında ona dəstək olan insanlara təşəkkür edib.

"Tanıyanlar bilir ki, heç kəsi mənfi yükləməyi sevmirəm. Doğmamın yasına gələni də neqativ yükləmədən, kədərimi gizlədərək qarşılamışam, xəstəxanaya ziyarətimə gələni də. Son aylar ərzində məndən asılı olmayan səbəblər üzündən xəstəliyimlə bağlı statuslarım üstünlük təşkil edir. İnanın ki, neqativ yüklü məlumatlara hamıdan çox özüm üzülürəm. Lakin səhhətimlə maraqlanan, mənəvi yardım edən hər kəsə təşəkkür borcumu ödəmək, onlardan halallıq almaq istəyirəm. Dostlarım müalicəmlə bağlı cənab Prezidentə və Birinci Vitse-Prezidentə müraciət edəndə də xeyli tərəddüd etdim və "Qazilərimizin müalicəyə ehiyacı var" dedim. Xəstəlik irəliləyirdi və odur ki, müalicəni gecikdirmək olmazdı. Əgər ömür vəfa etsə, bütün bunları yazmağa başladığım kitaba daxil edəcəyəm. Bəzi həkimlərin, hətta vətəndaş cəmiyyətində "müstəqil fikirli" hesab etdikləri Hippokrat andı içənlərin mənə vurduğu maddi və mənəvi ziyanları açıqlayacam və adlar çəkəcəyəm.

İndi bəzi şəxslərə təşəkkür borcumu ödəmək istəyirəm. Milli Məclisin deputatları – Aqil Abbas, Razi Nurulla, Elçin Mirzəbəyli, Erkin Qədirli mənimlə bağlı edilən müraciətə dərhal imza atdılar. Xalq artisti Mehriban Zəki, QHT rəhbərləri, ziyalılara sonsuz təşəkkürlərim var.

Media rəhbərləri, jurnalistlər daim məsələni diqqətdə saxladılar. Lakin... Yaxşılıq edənləri sadalamaqla, yaxşılıq etməkdən imtina edənləri də yada salmaq lazım gəlir. Bir media kapitanı açıq şəkildə müraciətə imza atmaqdan imtina etdi. Cəmi bir nəfər. "General". İncimirəm və haqqımı halal edirəm. Amma bir məqam var ki, onu qeyd etməyə borcluyam.

Dostların yardımı gözləniləndir. Bəs dost olmayanın?! Jurnalist Eynulla Fətullayevlə münasibətlərimizdə son vaxtlar anlaşılmazlıq olub. Lakin bu məsələdə şəxsən Eynulla bəyin və onun rəhbərlik etdiyi saytın diqqətini daim hiss etdim. Haqqın. az saytına təşəkkürümü bildirirəm. Eynulla Fətullayevin soyuq münasibətdə olduğu bir sıravi jurnalistə elədiyi yaxşılığın bir adı var – KİŞİLİK! Kişilik ancaq dastanlarda qalmayıbmış.

Müdirim Zahir Əzəmətə və doğma Qaynarinfo-ya sonsuz təşəkkürlər!

Maddi və mənəvi problemlər içində çabalayan bir jurnalistə Heydər Əliyev Fondunun etdiklərinin miqyası ölçülə bilməz. Söhbət tək maddi yardımdan da getmir. Təsəvvür edin, gecə saat 3-də otelə girirsən və texniki problem yaranır və Fondun nümayəndəsini yuxudan oyadırsan və bir doğman kimi dərhal yardım edir, sabahın açılmasını belə gözləmir. Sonra öyrənirsən ki, sən tək deyilsən, qazilər, başqa müalicə alanlar eyni qayğı ilə üzləşib. Sevindiricidir. Arxanda DÖVLƏT dayanır.

Məni Türkiyəyə yola salanda Fondun səlahiyyətlisi lazım gələrsə, ABŞ, Almaniyaya belə göndərə biləcəklərini dedi – "Bu, mənim yox, cənab Prezidentin tapşırığıdır, siz sağalana qədər Dövlət yanınızda olacaq. Cənab Prezident şəxsi nəzarətinə götürüb müalicəni"...

Türkiyəyə ayaq basan kimi Fondun nümayəndələri qarşılayır, otelə yerləşdirir, həkim müayinəsi, dərmanlar, müalicə - hamısı ödənilir. Ən əsası hər an zəng gəlir – "nə probleminiz var? Dövlət arxanızdadır!.." -  deyə A.Rəşidoğlu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri