Icma.az
close
up
RU
“Azəraqrartikinti”nin mənfəəti 4 dəfəyədək azalıb HESABAT

“Azəraqrartikinti”nin mənfəəti 4 dəfəyədək azalıb HESABAT

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azəraqrartikinti” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 11,7 milyon manata bərabər olub.

Bu da ötən ilə nisbətən 17,0 milyon manat və ya 2,4 dəfəlik bir azalma deməkdir. Dominos pizza

Gəlirlərin azalmasına paralel olaraq, satışın maya dəyəri də 8,5 milyon manata enərək 13,3 milyon manat (2,5 dəfə) azalıb.

Lakin maya dəyərindəki azalma gəlirlərdəki enişi kompensasiya etməyə yetməyib və nəticədə şirkətin ümumi mənfəəti 3,2 milyon manata bərabər olub, ötən ilə nisbətən 3,7 milyon manat (2,1 dəfə) azalıb.

2024-cü ildə inzibati xərcləri 1,6 milyon manata bərabər olub.

Hesabat ilində şirkətin əməliyyat mənfəəti 1,6 milyon manata enib ki, bu da illik müqayisədə 4,1 milyon manat və ya 3,6 dəfəlik kəskin bir azalmadır.

Bütün bu amillərin yekununda, şirkətin vergiqoymadan əvvəlki mənfəəti də 1,6 milyon manat təşkil edib. Mənfəətin kəskin azalması ilə əlaqədar olaraq, şirkətin mənfəət vergisi ödənişi də 314,7 min manata enərək 3,6 dəfə azalıb.

Nəticədə, “Azəraqratikinti” ASC 2024-cü ili 1 milyon 259 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin 4 milyon 533 min manatlıq nəticəsindən 3 milyon 274 min manat və ya 3,6 dəfə daha azdır.

2024-cü ilin sonunda "Azəraqratikinti"nin cəmi aktivləri 59,2 milyon manata bərabər olub. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 8,5 milyon manat və ya 16,8% kimi çox ciddi bir artım deməkdir. 

Sair qısamüddətli aktivlər  33,8 milyon manata təşkil edib. Bu aktivlərdə  il ərzində 8,7 milyon manat (34,8%) artıb.

Bunun əksinə olaraq, şirkətin digər əsas qısamüddətli aktivlərində kəskin azalma baş verib. Ehtiyatlar 7,6 milyon manata enərək 9,0 milyon manat (2,2 dəfə), pul vəsaitləri isə 869,0 min manata enərək 6,2 milyon manat (8,2 dəfə) azalıb. Qısamüddətli debitor borcları isə 15,7 milyon manat səviyyəsində dəyişməz qalıb.

Uzunmüddətli aktivlər tərəfində isə şirkətin torpaq, tikili və avadanlıqları cüzi (68,5 min manat) artımla 1,2 milyon manata çatıb.

Hesabat ilində "Azəraqrartikinti"nin cəmi öhdəlikləri 18,5 milyon manata bərabər olub. İllik müqayisə ilə bu öhdəliklər 7,3 milyon manat (64,6%) artıb. Şirkətin uzunmüddətli borcu olmayıb və bütün bu artım tamamilə qısamüddətli öhdəliklərin hesabına baş verib:

Qısamüddətli kreditor borcları artımın əsas səbəbi olub. Bu borclar 17,1 milyon manata çataraq, il ərzində 7,2 milyon manat (73,4%) artıb.

Sair qısamüddətli öhdəliklər isə 1,4 milyon manat səviyyəsində dəyişməz qalıb.

Şirkətin cəmi kapitalı 40,7 milyon manata bərabər olub. Bu da son bir il ərzində 1 milyon 258,7 min manat (3,2%) artım deməkdir. 

Bölüşdürülməmiş mənfəət illik 1 milyon 258,7 min manatlıq artımla 37,4 milyon manata çatıb.

Şirkətin nizamnamə kapitalı (1,2 milyon manat) və kapital ehtiyatları (2,1 milyon manat) isə il ərzində dəyişməz qalıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri