Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azəraycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azəraycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda minlərlə qadın uzun illər ailə təsərrüfatını idarə edir, uşaqların qayğısını çəkir və ev işlərini görür. Lakin bu fəaliyyət sosial sığorta sistemində əmək fəaliyyəti kimi tanınmadığından, onların böyük hissəsi pensiya hüququ əldə edə bilmir. Dünyanın bəzi ölkələrində evdar qadınların sosial sığorta haqları dövlət tərəfindən ödənilir və bu əmək rəsmi şəkildə tanınır. Bəs Azərbaycanda da belə bir model tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən iqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, bir sıra ölkələrin təcrübəsi evdar qadınların əməyinin sosial sığorta sistemi çərçivəsində tanınmasının mümkün olduğunu göstərir.

"Dünya ölkələrinin praktikasına baxanda görürük ki, doğrudan da evdar xanımların fəaliyyəti əmək kimi qiymətləndirilir. Hətta bəzi ölkələrdə onların sosial sığorta haqları dövlət tərəfindən hesablanaraq ödənilir. Mən hesab edirəm ki, Azərbaycanda da belə bir yanaşmanın tətbiq olunması daha doğru olardı".

İqtisadçının sözlərinə görə, evdar qadınlar maaş almasalar da, onların gördüyü iş iqtisadi baxımdan real əlavə dəyər yaradır.

"Faktiki olaraq evdar xanımlar əlavə dəyər yaradırlar. Onlar uşaqlara baxır, ailənin qayğılarını çəkir, ev işlərini görürlər. Bütün bunlar ailənin digər üzvlərinin daha məhsuldar işləməsinə, təhsilə çıxış imkanlarının artmasına və əmək qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Bu baxımdan evdar qadınların da sosial sığorta sistemi çərçivəsində pensiya hüququnun formalaşmasına dövlət dəstəyinə ehtiyac var".

Sabiq deputat, iqtisadçı Vahid Əhmədov isə bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiya hüququ sosial sığorta prinsipi üzərində qurulub və bu səbəbdən evdar qadınlar pensiya deyil, sosial müavinət alırlar.

"Bu məsələ hazırda gündəmdə deyil. Amma mən hesab edirəm ki, insan əmək sərf edirsə və bu əmək cəmiyyətə, dövlətə fayda verirsə, onun pensiya hüququ müəyyən qədər tanınmalıdır. Hazırda qanunvericiliyə uyğun olaraq pensiya hüququ olmayan evdar qadınlara sosial müavinət verilir. Mənim bildiyimə görə, hazırda bu müavinətin artırılması da nəzərdə tutulur".

İqtisadçı qeyd edib ki, mövcud sistemdə pensiya almaq üçün sosial sığorta fonduna ödəniş edilməlidir.

"Pensiya almaq üçün sığorta stajı və sosial sığorta ödənişləri olmalıdır. Evdar qadınlar isə işləmədikləri üçün həmin fonda vəsait köçürmürlər. Buna görə də mövcud qanunvericilik çərçivəsində onlara pensiya deyil, sosial müavinət verilir".

Vahid Əhmədov hesab edir ki, problemin həlli yollarından biri Azərbaycanda özəl pensiya fondlarının yaradılması ola bilər.

"Uzun illərdir özəl pensiya fondlarının yaradılması müzakirə olunur. Təəssüf ki, bu günə qədər nə qanun qəbul olunub, nə də həmin fondlar fəaliyyətə başlayıb. Əgər belə fondlar yaradılsa, evdar qadınlar da onlarla müqavilə bağlayaraq müəyyən vəsait ödəyə və gələcəkdə pensiya hüququ əldə edə bilərlər. Bu halda sosial müavinət əvəzinə pensiya almaq imkanları yaranar".

Sabiq deputat əlavə edib ki, evdar qadınların gördüyü işin əhəmiyyəti danılmazdır.

"Evdar qadınların əməyi var və bəzi hallarda bu əmək kişilərin gördüyü işdən daha ağır olur. Ona görə də onların sosial təminatı məsələsi gələcəkdə daha geniş müzakirə olunmalı və alternativ mexanizmlər üzərində düşünülməlidir", - deyə Vahid Əhmədov vurğulayıb.


Qeyd edək ki, evdar qadınların gördüyü ödənişsiz ev və qayğı əməyinin iqtisadiyyata təsiri uzun illərdir beynəlxalq təşkilatlar tərəfindən araşdırılır. 

Beynəlxalq Əmək Təşkilatının (ILO) "Care Work and Care Jobs" hesabatına görə, dünyada hər gün təxminən 16,4 milyard saat ödənişsiz qayğı əməyi görülür. Bunun təxminən 76 faizi qadınların payına düşür. Hesabata əsasən, bu əməyin bazar dəyəri minimum əməkhaqqı ilə hesablanarsa, illik təxminən 11 trilyon ABŞ dollarına, yəni qlobal ÜDM-in təxminən 9 faizinə bərabər olur.

OECD (Organisation for Economic Co-operation and Development) isə ev təsərrüfatında görülən ödənişsiz işlərin iqtisadi dəyərini qiymətləndirən araşdırmalarında göstərir ki, bu fəaliyyət orta hesabla üzv ölkələrin iqtisadiyyatında ÜDM-in təxminən 15 faizinə bərabər dəyər yaradır. Bəzi qiymətləndirmə metodlarında isə bu göstərici 20-30 faizdən də yuxarı hesablanır. OECD bunun üçün "satellite accounts" (peyk hesabları) adlanan metodologiyadan istifadə edir və ev işlərinin milli iqtisadiyyata real töhfəsini ayrıca hesablayır.

Məsələn, OECD-nin istinad etdiyi hesablamalara görə, ödənişsiz ev və qayğı əməyinin iqtisadi dəyəri Kanadada və Cənubi Afrikada təxminən ÜDM-in 14 faizi, Fransa, Argentina və Yeni Zelandiyada 23 faizə, Çində isə 33 faizə qədər qiymətləndirilir. 

Bundan başqa, Oxfam hesab edir ki, qadınlar hər gün dünyada 12,5 milyard saatdan çox ödənişsiz qayğı işi görür və bu əməyin minimum əməkhaqqı ilə hesablanan iqtisadi dəyəri ildə 10,8 trilyon ABŞ dollarından çoxdur. Təşkilatın fikrincə, məhz bu görünməyən əmək rəsmi iqtisadiyyatın və əmək bazarının dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Evdar qadınların fəaliyyəti yalnız ailə daxilində məişət işləri ilə məhdudlaşmır. Onların uşaqlara, yaşlılara və xəstələrə göstərdiyi qayğı digər ailə üzvlərinin əmək bazarında daha məhsuldar fəaliyyət göstərməsinə, gəlir əldə etməsinə və dövlətin sosial xidmətlərə çəkdiyi xərclərin azalmasına da töhfə verir. Bu səbəbdən son illər bir çox ölkələr pensiya, sosial sığorta və vergi siyasətində ödənişsiz qayğı əməyinin müəyyən formada nəzərə alınması istiqamətində islahatlar həyata keçirirlər.
Azərbaycanda isə hazırda pensiya sistemi əsasən məcburi sosial sığorta prinsipi əsasında qurulub. Buna görə də əmək fəaliyyəti və sosial sığorta ödənişləri olmayan evdar qadınlar pensiya deyil, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində sosial müavinət ala bilirlər. Evdar qadınların əməyinin pensiya hüququ baxımından ayrıca tanınması ilə bağlı xüsusi mexanizm mövcud deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri