Icma.az
close
up
RU
Azərbacyanlı miqrantlar Rusiya girovluğunda: Niyə Vətənə qayıda bilmirlər? Açıqlama

Azərbacyanlı miqrantlar Rusiya girovluğunda: Niyə Vətənə qayıda bilmirlər? Açıqlama

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər. 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.

Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

Məsələ ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Konvensiyaya qolşulmayıb. Bu ildən isə öz miqrasiya qanunvericiliyini kifayət qədər sərtləşdirib. Rusiyada müvəqqəti yaşama icazəsi olmayanlar hər 3 aydan bir sərhəddi keçib yenidən qayıda və 6 ay müddətində Rusiyada qala bilirdi. Qeyri-leqal şəraitdə də olsa, əmək fəaliyyəti ilə məşğul olurdu. İndi isə bir il ərzində yalnız 3 ay Rusiyada qalmaq olar. Bu da təbii ki, Azərbaycan vətəndaşları, eləcə də Mərkəzi Asiyadan və digər ölkələrdən olanlar üçün problem yaradır:


“90 günlük limiti bitən və ya digər səbəblərdən ölkəyə qayıtmalı olan insanlar üçün çətinliklər yaranıb. Bu çətinliklərin bir neçə səbəbi var. Birinci səbəb odur ki, bizdə quru sərhədlər bağlıdır. Ona görə də quru sərhəddən keçə bilmirlər. Rusiyanın hava məkanından Cənubi Qafqaza uçuşlar Rusiya-Ukrayna müharibəsi səbəbindən çox təhlükəlidir. Xüsusən Şimali Qafqaz, Kazan, Volqaboyu şəhərlərdən uçuşlara məhdudiyyətlər qoyulub. Ona görə də insanlar çətinlik çəkirlər. Əslində Rusiya bunu anlayışla qarşılamalıdır. Müvəqqəti tədbirlər görüb müddəti uzatmalı, imkan və şərait yaratmalıdır. Təəssüf ki, bunu etmək əvəzinə miqratları məcburi saxlama yerlərinə toplayırlar. Faktiki olaraq azadlıqdan məhrum edirlər. Biz Rusiya ilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Bu baxımdan bizim vətəndaşlara daha anlayışla yanaşıla bilərdi. Onlardan asılı olmayan səbəblərdən gələ bilməyən vətəndaşlarımıza güzəştlər etmək olardı. Etmirlərsə, bu hal çox təssüf doğurur”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır. Əgər lazım gələrsə, quru sərhədlərin həmin şəxslərin üzünə açılması və onların ölkəyə daxil olmasına şərait yaradılmalıdır: “Bu vətəndaşlarımız Azərbaycan üçün təhlükə mənbəyi deyil.

Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqratları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.

Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri