Icma.az
close
up
RU
Azərbaycan 2020 ci ildə BMT nin qətnaməsinin icrasını və beynəlxalq hüququ döyüş meydanında təmin etdi

Azərbaycan 2020 ci ildə BMT nin qətnaməsinin icrasını və beynəlxalq hüququ döyüş meydanında təmin etdi

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 30 ilə yaxın bir müddət ərzində torpaqları işğal altında qaldığı bir zamanda BMT - nin Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı, bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr, çoxsaylı müraciətlərə baxmayaraq, Ermənistan tərəfi işğal siyasətindən əl çəkməmiş, onun fəsadlarının aradan qaldırılması üçün zəruri addımlar atmamış və beləliklə də beynəlxalq hüququn bütün təməl prinsiplərinə zidd şəkildə bir siyasət yürüdərək işğalına davam etmişdi.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın işğal altında qalan torpaqlarında əhalisinə qarşı genosid həyata keçirilirdi: Azərbaycan təbiətinə böyük zərərlər vurulmaqla müşahidə olunan ekosit, mədəni abidələrin yerlə yeksan edildiyi kulturasit, şəhərlər və kəndlərin dağıdılması ilə müşahidə edilən urbasit bir fakt olaraq həmin ərazilər işğaldan azad olunduqdan sonra bütün bu məsələlər sənədləşdirilərək öz təsdiqini tapdı. Nəticə etibarilə Azərbaycan həmin o beynəlxalq hüququn təmin olunması nöqteyi nəzərindən, Ermənistanın tanımadığı və Ermənistanın ən azından beynəlxalq sənədlərdə yer almış müddəaları yerinə yetirilməsindən boyun qaçırmasının nəticəsi bu oldu ki, 44 günlük Vətən müharibəsi baş verdi. Azərbaycan həmin o beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmış, bəzi hallarda tövsiyə xarakterli olan məsələlər məhz Azərbaycanın müzəffər Ali Baş Komandanı və onun rəhbərliyi altında Azərbaycanın şanlı ordusu tərəfindən yerinə yetirilmiş oldu. Yəni Azərbaycan BMT-nin qətnaməsinin icrasını döyüş meydanında təmin etdi. Beynəlxalq hüququn zəfəri bizim şəhidlərimizin qanı bahasına gerçəkləşdi. İndi tamamilə yeni bir siyasi reallıq yaranıb. İndi artıq 5 il müddət ərzində, yəni 44 günlük Vətən müharibəsi və bundan sonra - 2023-cü ildə 19-20 sentyabr tarixində keçirilmiş dövlət suverenliyinin tam bərpası əməliyyatı nəticəsində Azərbaycan Cənubi Qafqazın gələcəyinə birbaşa olaraq, xidmət edən bir siyasi reallıq yaratmışdır ki, bu siyasi reallıq ancaq sülh və təhlükəsizliyinin daha geniş səpkidə və uzunmüddətli dayanıqlı prinsiplərə söykənərək, təmin olunmasına xidmət edən bir reallıqdır”.

Azər Allahverənov

“Azərbaycan ən yüksək beynəlxalq tribunalardan məhz bu mövqedən çıxış edərək bəzi hallarda beynəlxalq hüququn daha güclü təsir rıçaqlarına malik olması ilə bağlı çox vacib fikirlər söyləyir ki, ən azından gələcəkdə dünya bəşəriyyət, bu kimi hallarla üzləşməsin. Son hadisələr fonunda da ərazi bütövlüyünün təmin olunması, insan hüquqlarının tam bərqərar edilməsi istiqamətində dünyanın bir çox bölgələrində baş verən münaqişələr fonunda bu halların diqqət mərkəzində saxlanılması olduqca vacibdir. Çünki həmin o bölgələrdə də qeyd etdiyimiz kimi ərazilər işğal altına alınır. İnsan hüquqları kobud pozulur ki, biz 30 ilə yaxın bir müddət ərzində bu hallarla üzləşmiş olduq. Amma Azərbaycan nümunəsi bu baxımdan həmin o münaqişələrdən əziyyət çəkən münaqişələrin qurbanı olan dövlətlər üçün bir növ nümunədir”-deyən deputat qeyd edib ki, Azərbaycanın bütün uğurlarının başında həm də beynəlxalq hüquqa hörmət və beynəlxalq hüququn tam şəkildə təmin olunmasına xidmət edən bir fəaliyyət var, bu fəaliyyət də Azərbaycanın haqlı mübarizəsində öz müsbət nəticələrini verir.

“Bu gün dünyanın əksər dövlətləri, xüsusilə də dünyanın aparıcı dövlətləri Azərbaycanı və onun nailiyyətini yüksək dəyərləndirir. Hətta vaxtaşırı Azərbaycana göndərdikləri təbrik məktubları, müraciətlərdə və yüksək səviyyəli görüşlərdə belə bu məsələni xüsusilə diqqətə diqqət mərkəzinə çəkir və həm də beynəlxalq hüququn təmin olunması məsələsində Azərbaycanın göstərdiyi səyi yüksək dəyərləndirir, onun bu istiqamətdəki fəaliyyətini təqdir edir və gələcək inkişafı üçün çox ciddi bir əsasların yaranmasını alqışlayırlar”-deyə Azər Allahverənov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri