Icma.az
close
up
RU
Azərbaycan 2025 ci ildə idman siyasətinin real nəticələrini nümayiş etdirdi

Azərbaycan 2025 ci ildə idman siyasətinin real nəticələrini nümayiş etdirdi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha sübut etdi ki, Azərbaycanda idman yalnız yarış nəticələri ilə deyil, strateji dövlət siyasəti ilə inkişaf edir. Dekabrın 26-da keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və çıxışı ilin idman uğurlarına verilən yüksək siyasi və ictimai dəyərin göstəricisi oldu.

Prezidentin qeyd etdiyi kimi, ötən il ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda misilsiz nəticələr əldə edərək 2000-dən artıq medal qazandılar. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikasına malikdir və idman sahəsində aparılan islahatların effektivliyini təsdiqləyir.

Regionların idman inkişafında roluna toxunan dövlət başçısı bildirdi ki, müasir idman infrastrukturu artıq bütün ölkəni əhatə edir. Yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi, bölgələrdə beynəlxalq yarışların keçirilməsi gənclərin idmana marağını artırmaqla yanaşı, sağlam həyat tərzinin təşviqinə xidmət edir.

2025-ci ildə ölkəmizdə keçirilən böyükmiqyaslı beynəlxalq yarışlar Azərbaycanın idman və turizm potensialını dünyaya tanıtdı. MDB Oyunlarının regionlarda təşkili, Bakıda UFC turnirinin keçirilməsi və Formula 1 yarışının yarım milyardlıq auditoriya tərəfindən izlənməsi ölkənin beynəlxalq imicinə mühüm töhfə verdi. Xüsusilə Şahdağ Xizək Kurortunun Dünya Kuboku səviyyəsində yarışlara ev sahibliyi etməsi Azərbaycanın qış idmanları sahəsində də iddialı olduğunu göstərdi.

Prezident İlham Əliyev çıxışında idmanın yalnız fiziki inkişaf deyil, eyni zamanda vətənpərvərlik, milli ruh və ictimai həmrəyliyin formalaşmasında mühüm vasitə olduğunu vurğuladı. Son illərdə əldə olunan tarixi Qələbənin idmançılara əlavə məsuliyyət yüklədiyi xüsusi qeyd olundu.

Mərasim zamanı bir qrup idmançı və idman mütəxəssisi fəxri adlar, “Tərəqqi” medalları, yeni mənzillər və Prezidentin fərdi təqaüdləri ilə təltif edildi. Bu addımlar dövlətin idman sahəsində xidmət göstərən insanlara verdiyi dəyərin növbəti təzahürü kimi qiymətləndirildi.

2025-ci il Azərbaycanın “Dünyanın İdman Paytaxtı” seçilməsi ilə də yadda qaldı. Bu titul ölkədə idmanın inkişafına verilən beynəlxalq qiymətin bariz nümunəsi olmaqla yanaşı, gələcək illər üçün daha böyük hədəflərə yol açır.

Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri