Icma.az
close
up
RU
Azərbaycan Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlığı müzakirə edib

COP29 çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşündə aparılıb.

Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib.

Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:62
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri