Icma.az
close
up
RU
Azərbaycan Aİ münasibətləri dəyər qazanmağa başlayıb

Azərbaycan Aİ münasibətləri dəyər qazanmağa başlayıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunması istiqamətində dəstəyini bir daha təsdiqləyib. Bu çərçivədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı etimadın artırılması və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsi əsas prioritetdir. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun bölgəyə səfəri və bununla bağlı verdiyi açıqlamalar maraq doğurur. 

Onun sözlərinə görə, ticarət marşrutlarının açılması, infrastrukturun qarşılıqlı inteqrasiyası və xalqlar arasında birbaşa təmasların təşviq olunması sayəsində mövcud geosiyasi imkanları davamlı sülhə və ortaq rifaha çevirmək mümkündür.

Bu kontekstdə səfər çərçivəsində əldə olunan əsas razılaşmalardan biri kimi Yüksək Səviyyəli İşçi Qrupunun yaradılmasını qeyd edən Kos yeni strukturun Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində icra olunacaq birgə investisiya layihələrinin hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinə töhfə verəcəyini deyib. “Global Gateway” təşəbbüsü Aİ-nin dayanıqlı və təhlükəsiz infrastrukturun inkişafına yönəlmiş qlobal strategiyasıdır. Bu proqram çərçivəsində Aİ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla daha dərin iqtisadi tərəfdaşlıq qurmağa çalışır.

Hazırda Azərbaycan “Global Gateway” və “Team Europe” təşəbbüsləri çərçivəsində yaşıl enerji, rəqəmsal texnologiyalar və dayanıqlı inkişaf sahələrində konkret layihələr həyata keçirir. Bu layihələr ölkənin enerji təhlükəsizliyini artırmaqla yanaşı, karbon emissiyalarının azaldılmasına, alternativ enerji mənbələrinin inkişafına və rəqəmsal xidmətlərin genişləndirilməsinə yönəlib. Eyni zamanda, bu təşəbbüslər çərçivəsində həyata keçirilən proqramlar sosial rifahın artırılmasına və rifahın yüksəldilməsinə əhəmiyyətli töhfə verir. 

Əməkdaşlığın digər vacib istiqamətlərindən biri humanitar sahədə, xüsusilə mina təhlükəsinin aradan qaldırılması ilə bağlı həyata keçirilən fəaliyyətdir. Aİ və ona üzv dövlətlər bu məqsədlə indiyədək Azərbaycana 23 milyon avro məbləğində maliyyə yardımı ayırıblar. Bu vəsait işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsinə və həmin ərazilərin təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu dəstək, eyni zamanda, keçmiş münaqişə zonalarının yenidən məskunlaşma və iqtisadi dövriyyəyə qaytarılması baxımından böyük əhəmiyyət daşıyır.

Kənd təsərrüfatı sahələrinin istismara verilməsi, infrastruktur layihələrinin icrası, məktəb və xəstəxanaların tikintisi, eləcə də əhalinin doğma yurdlarına qayıdışı yalnız mina təmizlənməsi tamamlandıqdan sonra reallaşır. Deməli, bu dəstək, eyni zamanda, sosial və iqtisadi inkişaf baxımından da strateji əhəmiyyət daşıyır.

***

Marta Kosun bölgəyə səfəri və burada keçirdiyi görüşlər Aİ ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişafını bir daha təsdiqlədi. Komissarın bəyanatları Aİ-nin regionla əməkdaşlığı real layihələrlə dəstəkləməkdə qərarlı olduğunu və uzunmüddətli sülhün təminində maraqlı tərəf kimi çıxış etdiyini göstərdi. Aydın oldu ki, bu münasibətlər qarşılıqlı etimada əsaslanan və konkret nəticələrə yönəlik əməkdaşlıq modelidir. Bunun nəticəsidir ki, bu gün Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Statistik nəticələr də bunu təsdiq edir. 2025-ci ilin yanvar–iyul aylarında ölkəmizin Aİ ilə ticarət dövriyyəsi 12 milyard 404,2 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir. Ümumi ixracda Aİ ölkələrinin payı 70,4 faiz, idxalda isə 12,4 faiz təşkil edib. Ən çox ticarət dövriyyəsi İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə qeydə alınıb.

Ümumiyyətlə, Azərbaycan və Aİ arasında formalaşmış əməkdaşlıq modeli qarşılıqlı faydaya əsaslanan, strateji məqsədləri ehtiva edən və uzunmüddətli tərəfdaşlığa yönələn formata çevrilib. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də humanitar, sosial və siyasi sahələri əhatə edir. Post-münaqişə dövründə reabilitasiya, sülh quruculuğu və sabitliyin təmin olunması baxımından Aİ-nin dəstəyi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Aİ-nin islahatlara verdiyi dəstək və yerli icmalarla əməkdaşlığa önəm verməsi bu tərəfdaşlığın insan mərkəzli və dəyərlərə əsaslanan xarakterini göstərir.

Göründüyü kimi, Azərbaycan–Aİ münasibətləri yeni mərhələyə qədəm qoyur. Qarşılıqlı siyasi iradə və praqmatik yanaşmalar bu əməkdaşlığın dərinləşməsinə, regionda sabitliyə və Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edir. Bu mərhələ həm ikitərəfli əlaqələrin inkişafı, həm də regional inteqrasiyanın təşviqi baxımından geniş perspektiv vəd edir. Mövzu ilə bağlı politoloq Tural İsmayılov XQ-yə bildirdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yeni strateji mərhələyə qədəm qoyub və bu, ölkəmizin artan geosiyasi çəkisinin göstəricisidir: “Azərbaycanın Avropa üçün əsas tərəfdaş statusu təsadüfi deyil, həm enerji, həm də nəqliyyat sahələrində konkret reallıqlara əsaslanır. Bakı artıq təkcə xammal ixrac edən ölkə deyil, həm də qlobal tranzit və enerji qovşağı rolunu möhkəmləndirib. Bu mövqeyin formalaşmasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti həlledici rol oynayır.

Aİ rəsmilərinin, xüsusilə Marta Kosun səfəri, Azərbaycanın regiondakı əvəzsiz rolunu bir daha ortaya qoydu. Ölkəmiz yalnız enerji təhlükəsizliyinə deyil, həm də Avropanın yaşıl enerji keçidinə mühüm dəstək verir. “Global Gateway” və “Team Europe” təşəbbüsləri çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi modernləşməsinə ciddi töhfə verir. Burada diqqətçəkən məqam odur ki, Aİ Azərbaycanın islahatlarını texniki və maliyyə resursları ilə dəstəkləyir”.

Politoloq sonda dedi ki, Azərbaycan–Aİ münasibətlərində iqtisadi əməkdaşlığın dərinləşməsi paralel olaraq siyasi dialoqu da gücləndirir: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinin aradan qaldırılması istiqamətində Aİ-nin dəstəyi humanitar müstəvidə əməkdaşlığın bariz nümunəsidir. Bu, Azərbaycanın regionda sülh və sabitlik üçün atdığı addımların Avropa tərəfindən açıq şəkildə dəyərləndirildiyini göstərir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Aİ ilə iqtisadi dövriyyənin rekord göstəricilərə çatması münasibətlərin dayanıqlılığını sübut edir. 2025-ci ilin statistik rəqəmləri Azərbaycanın Avropa bazarlarına daha sıx inteqrasiya etdiyini nümayiş etdirir. Enerjidən nəqliyyata, rəqəmsallaşmadan innovasiyalara qədər geniş spektrdə əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulub. Azərbaycan bu gün Avropaya təkcə enerji təmin etmir, həm də təhlükəsizlik, sabitlik və inkişaf üçün strateji zəmanət yaradır. Avropa üçün etibarlı tərəfdaş statusu qazanan ölkəmiz, regionun gələcək inkişafında açar mövqeyə malikdir. Sülh prosesində və iqtisadi inteqrasiyada Azərbaycanın irəli sürdüyü təşəbbüslər Aİ tərəfindən dəstəklənir”.

Beləliklə, Azərbaycan–Aİ münasibətləri qarşılıqlı etimada əsaslanan və uzunmüddətli perspektivə yönəlmiş tərəfdaşlıq modelinə çevrilib. Bu əməkdaşlıq həm ölkəmizin milli maraqlarına cavab verir, həm də regionda dayanıqlı sabitliyə xidmət edir. Azərbaycanın Avropa üçün strateji dəyəri artıq faktdır və gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyi şübhəsizdir.

Pünhan ƏFƏNDİYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri