Icma.az
close
up
RU
Azərbaycan ailəsi modeli məhv ola bilər: Xəyanət, aldadılma, uğursuz seçim...

Azərbaycan ailəsi modeli məhv ola bilər: Xəyanət, aldadılma, uğursuz seçim...

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda evlənənlərin sayı azalıb. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Qurumun məlumatına görə, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Bəs nə üçün gənclərin evlənməyə marağı azalıb? Bunu müasir dövrün norması olaraq qəbul edək, yoxsa həyəcan təbili çalınmalıdır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu statistika müvafiq qurumları narahat edir, görülən işlərə baxmayaraq, ailə münasibətlərində zəifləmə hiss olunur: “Bu isə nikahların sayının azalmasına, boşanmaların isə artmasına gətirib çıxarır”.

Qurum rəsmisi bildirir ki, bu tendensiyanın qarşısı alınmasa, gələcəkdə arzuolunmaz nəticələrlə rastlaşa bilərik: “Genofondun qoruyucusu olan, sosial və mənəvi əminliyi təmin edən nikah münasibətlərinin zəifləməsinin qarşısı alınmazsa, əlbəttə, arzuolunmaz nəticələr yarana bilər. Bu nəticələr həm demoqrafik vəziyyətə zərər vurar, həm də milli-mənəvi dəyərlər üzərində qurulmuş bütöv Azərbaycan ailəsi modeli məhv ola bilər”.

Ailə institutu daha da möhkəmlənəcək

Mütəxəssis ümid edir ki, gənclərin nikah münasibətlərinə yanaşması ciddiləşəcək: “Dövlətin ailə siyasəti ölkəmizdə prioritet sahələrdəndir. Bu siyasətin daha da təkmilləşdirilməsi, ailələrin daha xoşbəxt, firavan, sağlam mühitdə yaşaması, onları narahat edən aktual problemlərin həll yollarının tapılması hər zaman dövlətin diqqətindədir və bu sahədə ciddi işlər görülür. Ümid edirik ki, kənar təsirlər, mövcud problemlər Azərbaycan ailə modelinə zərər vurmayacaq, görülən genişmiqyaslı işlər nəticəsində ailə institutu daha da möhkəmlənəcək”.

Xəyanət, aldadılma, uğursuz seçim...

Psixoloq Günel Qurbanova düşünür ki, hazırda gənclərdə evlilik fobiyası müşahidə edilir: “Bu fobiyanın yaranmasında mental dəyərlərin çox qabarıq olması, həmçinin insanın özünü güvəndə hiss etməməsi, evlilik məsuliyyətinin ağır gəlməsi, bağlılıq problemi, daha öncədən travmatik bir münasibət yaşamaq, valideynləri arasında olan münasibətdən travma almaq, çevrəsindəki insanlar arasında normal münasibətin olmaması və sair kimi çox səbəblər var. Bu fobiyası olan insanlar ya öz ana-atalarının münasibətlərinə baxıb evlənmək istəmirlər, ya da real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan uzaqlaşdırır”.

Texnologiya və urbanizasiya

Ümumiyyətlə, evliliklərin sayının azalması təkcə Azərbaycanda deyil, bütün dünyada aktual olan məsələlərdəndir. Mütəxəssislər ailə institutunu sarsıdan ikinci böyük məsələnin texnologiya olduğunu düşünürlər. Məsələn, vəkil Özləm Altun hesab edir ki, texnologiya və urbanizasiya, xüsusən son beş ildə evliliklərin azalmasına böyük təsir göstərir: “Texnologiyanın təsiri ilə cütlüklər arasında anlaşılmazlıq yaranır. Pandemiya dövründə bununla tez-tez rastlaşırdıq. Yəni bir evdə olurlar, amma bir-biri ilə danışmırlar. İkincisi, texnologiyanın təsiri ilə dəbdəbə və rahatlıq içində yaşamaq sanki bir zərurət kimi göstərilir. Bu gözlənti artdıqda və yerinə yetirilmədikdə, ayrılıqla nəticələnir”.

Günahkar qadındır?

Evliliklərin azalması məsələsini araşdırdıqda sosial şəbəkələrdə tez-tez rastlaşdığımız məqamlar qadınların iqtisadi azadlığı ilə bağlıdır. Yəni, səbəblərdən biri kimi göstərilir ki, qadınlar iqtisadi azadlıq əldə etdikdən sonra evlənməyə maraqları azalıb. Həqiqətən günahkar qadındır?

Bu sualı “Evimin xanımı, övladımı anası, işimin də sahibiyəm” deyən, araşdırmaları, ailəsi, karyerası ilə Azərbaycan qadınını dünyada təmsil edən Nərgiz Hacıyevaya ünvanladıq.

Həmsöhbətimiz deyir ki, bu fikrilər sosial stereotiplərlə bağlıdır: “İqtisadi azadlıq qadınların özünə inamını artırır, onların şəxsi qərar qəbul etmə bacarıqlarını inkişaf etdirir və daha balanslı, sağlam münasibətlərin qurulmasına zəmin yaradır. Əksinə, dəstək və hörmət prinsiplərinə əsaslanmayan münasibətlər, qadının iqtisadi azadlığına rəqabət kimi baxıldıqda, uzunmüddətli ailə harmoniyasına təhlükə törədə bilər. Tədqiqatlar göstərir ki, ailə həyatı iki tərəfin bir-birini tamamlaması və bir-birinə dəstək verməsi üzərində qurulduqda daha möhkəm olur. Belə olan halda, iqtisadi müstəqil qadın öz ailəsinin rifahına töhfə vermək imkanına malik olur və ailənin ümumi rifahı üçün vacib rol oynayır. Cəmiyyətin bəzi üzvləri iqtisadi müstəqilliyi qadınların ailədəki ənənəvi rolunu dəyişdirən təhlükə kimi görür. Halbuki iqtisadi azadlıq fərdin müstəqil qərar vermək qabiliyyətini artırır və həyatın müxtəlif sahələrində daha möhkəm mövqeyə malik olmasını təmin edir”.

“Bu yanaşma ailə institutunu gücləndirəcək”

Həmsöhbətimiz vurğulayır ki, təxmini hesablamalara görə, ailələrin 80 faizində qadının iqtisadi müstəqilliyi və karyera yüksəlişi ilə bağlı qısqanclıq və qarşıdurmalar mövcuddur: “Məsələn, qadının əl bacarıqlarını - yemək bişirməyi və ev işlərini fəxrlə dilə gətirən insanlar, eyni qadının maliyyə müstəqilliyi qazandıqda, yüksək maaşlı vəzifəyə çatdıqda bu uğurunu eyni şəkildə qəbul etmirlər. Burada problem iqtisadi azadlıq deyil, gender rolları ilə bağlı cəmiyyətdə formalaşan yanlış qavrayışdır. Ailə münasibətləri qarşılıqlı hörmət və dəstək üzərində qurulduqda iqtisadi azadlıq münasibətləri daha da gücləndirir. Cəmiyyət qadınların iqtisadi azadlığını təhlükə kimi görmək əvəzinə, onu ailə rifahını artıran mühüm bir vasitə kimi qəbul etməlidir”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://publika.az
archiveBu xəbər 25 Yanvar 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri