Icma.az
close
up
RU
Xəyanət edən şəxs qanunla cəzalandırıla bilər?

Xəyanət edən şəxs qanunla cəzalandırıla bilər?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün xəyanətə görə həyat yoldaşını, daha sonra isə özünü öldürən şəxslə bağlı hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial mediada bir çoxları hesab edir ki, xəyanət edən şəxs ölmədiyi təqdirdə, hüquqi cəhətdən cəzalandırılmalıdır. Bəs mövcud qanunvericilikdə ailə-məişət münasibətləri kontekstində xəyanətə görə hər hansı cəza və ya cərimə nəzərdə tutulubmu? Ümumiyyətlə, belə bir qanunun qəbuluna ehtiyac var?

Hüquqşünas Babək Həmidov Metbuat.az-a açıqlamasında bildirib ki, baş verən hadisə olduqca təəssüfləndiricidir və cəmiyyətimiz üçün faciə sayılır. Çünki artıq bu kimi hallar cəmiyyətdə adi hal almağa başlayıb:

"Xəyanət, xüsusilə də kişilər tərəfindən qadınlara qarşı münasibətdə cəzası "ölüm” kimi qiymətləndirilir ki, bu da tamamilə insanlığa və qanuna ziddir. Belə hallar hər iki tərəfin faciəsi, eləcə də övladların psixoloji zərbə alması ilə nəticələnir və bu, qətiyyən yolverilməzdir. Qanunvericilikdə xəyanət edən şəxsə qarşı birbaşa cəza nəzərdə tutulmur. Lakin belə hallarla bağlı mülki öhdəliklərin müəyyən edilməsi mümkündür. Məsələn, nikaha daxil olan şəxslər nikah müqaviləsində qeyd edə bilərlər ki, əgər boşanma səbəbi xəyanət olarsa, xəyanət edən tərəf birgə mülkiyyət dövründə əldə olunan əmlakdan məhrum edilsin".

B.Həmidov qeyd edib ki, xəyanət nəticəsində ciddi mənəvi iztirab və psixoloji zərər çəkən tərəf digərindən mənəvi zərərin ödənilməsini tələb edə bilər:

"Bu halda tərəflər əvvəlcədən kompensasiya məbləğini nikah müqaviləsində müəyyən edə və ya məhkəmə yolu ilə tələb irəli sürə bilərlər. Təəssüf ki, cəmiyyətimizdə insanlar belə hallarda hüquqi yolla deyil, faciəvi nəticələrlə bitən emosional addımlarla çıxış edirlər. Ümumilikdə, bu məsələ ilə bağlı ayrıca bir qanunun qəbuluna ehtiyac yoxdur. Yəni xəyanəti cinayət kimi qiymətləndirən norma müəyyən etməyə hüquqi zərurət yoxdur".

Hüquqşünasın sözlərinə görə, əgər nikahın pozulma səbəbi xəyanət olarsa və bu sübut edilərsə, həmin şəxsə uşaqlara və ya əmlaka münasibətdə müəyyən hüquqların məhdudlaşdırılması kimi mexanizmlər tətbiq edilə bilər:

"Qanunvericilik buna icazə verir ki, tərəflər nikah müqaviləsi bağlayarkən bu kimi şərtləri öncədən qeyd edə bilər və xəyanət halı baş verdikdə həmin müqaviləyə əsasən hüquqların məhdudlaşdırılması həyata keçirilə bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri