Icma.az
close
up
RU
Azərbaycan musiqisinin köklərinə xəyanət edə bilmərəm Səsin izi ilə

Azərbaycan musiqisinin köklərinə xəyanət edə bilmərəm Səsin izi ilə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

Bu dəfə "Səsin izi ilə..." rubrikasının qonağı gözəl səsi, peşəkar ifası və musiqi zövqü ilə seçilən müğənni Xasay Şıxıyevdir. O, professional musiqi təhsili alaraq səhnə fəaliyyətini daha da zənginləşdirib, bir çox konsertlər, dövlət tədbirləri və hərbi hissələrdə çıxışları ilə dinləyicilərin rəğbətini qazanıb. Səmimi ifası və səsi ilə ruhlara toxunan ifaçı sənətə olan sevgisi ilə də seçilir:

"Musiqi ilə tanışlığım və musiqi sevgim lap uşaq yaşlarından başlayıb. Qohumlarımız arasında bu sənətlə məşğul olan insanlar var idi. Mən də onlara baxıb həvəsə gəlmişəm. Ümumiyyətlə, doğulduğum Qarabağ-Cəbrayıl bölgəsinin insanlarının mayası elə musiqi ilə yoğrulub. Yəqin ki, elə səbəblərin biri də budur.

Əslində, atam musiqiçi olmağımı istəmirdi, o, məni hüquqşünas kimi görmək istəyirdi. Özüm isə musiqidən əlavə, bir ara hərbiyə də böyük maraq göstərirdim. Dediyim kimi, uşaqlığımız müharibə dövrünə təsadüf etdiyindən, o hadisələri canlı olaraq yaşadığımdan hərb sənəti də mənə maraqlı gəlirdi. Ancaq sonralar gördüm ki, yox, mənim yerim səhnədir, mənim ünvanım musiqidir.

Düzdür, çətinliklərim çox olub. Uşaq ikən yurdumuzdan, yuvamızdan didərgin düşdük, orta məktəbi müxtəlif bölgələrdə oxumalı oldum. Orta musiqi məktəbini öncə Beyləqanda oxudum, sonra isə Sumqayıtda təhsilimə davam etdim. Sonra Bakı Humanitar Kollecində xanəndəlik ixtisası üzrə təhsil aldım. Orada Sara xanım və Xalq artistimiz Gülyaz Məmmədovanın tələbəsi oldum. Orada təhsilimi başa vurduqdan sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.

Ancaq sizə deyim ki, bütün bu təhsillərdən öncə də uşaq yaşlarımdan mən səhnələrdə olmuşam, tədbirlərdə, konsertlərdə çıxış etmişəm. Biz məcburi köçkün kimi Beyləqana gəldikdən sonra ora döyüş bölgəsi olduğuna görə oradakı bütün hərbi hissələrdə keçirilən tədbirlərdə müğənni kimi səhnə almışam, konsertlərdə çıxışlar etmişəm.

Mədəniyyət və İncəsənət Universitetində bakalavr pilləsində müəllimim Xalq artisti Gülnaz İsmayılova, magistratura pilləsində isə professor Məryəm Babayeva oldu.

Təhsilim dövründə də, sonrasında da hər zaman özüm üzərində çalışmağa, yeniliklər etməyə çalışıram. Bu sənətdə daim öyrənməli, daim çalışmalısan.

Fəxr edirəm ki, Azərbaycan musiqisini ölkə xaricində də dəfələrlə təmsil etmək şansım olub. İranda, Türkiyədə, Gürcüstanda, Avstriyada və digər ölkələrdə çox gözəl konsertlərdə, dövlət tədbirlərində iştirak etmişəm.

Yeni mahnılar, yeni layihələr üzərində işləyirik. Gözəl müğənni, illərin sənətçisi Leyla xanım İdrisova ilə bir neçə duet yazdırmışıq. Biri artıq tamaşaçılarımıza təqdim olunub, digərləri isə yaxın zamanlarda təqdim olunacaq. Ən böyük arzularımdan biri isə solo konsert verməkdir".

Xasay Şıxıyev özü də dediyi kimi, bu sənətdə ilk addımlarını xanəndəlik istiqaməti üzrə atıb. Sonradan isə estrada sənətinə üz tutub. Onun niyə bu cür qərar aldığı maraqlı idi. Sualımıza cavabında sənətçi dedi ki, əsl müğənni hər bir musiqi janrında ifa etməyi bacarmalıdır:

"Peşəkar müğənni hansısa musiqi alətində ifa etməyi, eləcə də müxtəlif musiqi janrlarında oxumağı bacarmalıdır. Düşünürəm ki, mən istiqamətimi dəyişməkdə doğru qərar verdim. Çünki orta musiqi və kollec təhsilim xanəndəlik üzrə idi. Ancaq estrada sənəti də mənim üçün çox maraqlı idi. Estrada sənəti kafedrasında səs məşğələləri daha çox olur. Ona görə də universitet təhsilimdə bu kafedranı seçdim. Zaman da yanılmadığımı göstərdi. Estrada təhsili almağa başlayandan sonra səs imkanlarım genişləndi, janr baxımından repertuarım zənginləşdi. Azərbaycan klassik bəstəkar mahnıları, caz musiqisi, Qərb musiqisi də bizə aşılandı. Bütün bunlar da mənim yaradıcılığıma çox müsbət təsir göstərdi".

Azərbaycan musiqi səhnəsində bəzən parıltılı şöhrət və kütlə marağı ilə dərin musiqi duyumu və milli dəyərlərə sədaqət arasında seçim etmək lazım gəlir. Bu müsahibədə yer alan fikirlər isə bu seçimdə ikinci yolu seçən, sənətini populyarlıq uğrunda qurban verməyən bir ifaçının səmimi etiraflarını əks etdirir. Müasir dövrün kommersiya yönümlü tendensiyalarına qarşı milli musiqinin zəngin irsinə sadiq qalan, sənəti həm peşəkarlıqla, həm də məsuliyyətlə yaşadan gənc sənətçinin sözlərində yalnız təəssüf yox, eyni zamanda dəyərə çevrilmiş möhkəm bir mövqe də var:

"Məncə, məni Azərbaycan milli və klassik musiqiləri daha yaxşı ifadə edir. Azərbaycan musiqisi çox zəngindir. Doğrudur, hazırda müasirlik adı altında musiqimizə də yad təsirlər, qeyri-peşəkar müdaxilələr çoxdur. Belə ki, o musiqilərin ən çoxu bir ay ömrü var. O da hamımızın bildiyi kimi, kommersiyaya, toy bazarına hesablanmış musiqilərdir. Səmimi etiraf edirəm ki, istəsəydim, mən də həmin o "beş günlük mahnılarla" məşhurlaşardım, pul qazanardım, toylarımın sayı-hesabı olmazdı. Ancaq mən keçmişimi unuda, Azərbaycan musiqisinin köklərinə, milli dəyərlərimizə xəyanət edə bilmərəm. Musiqi insanın zövqünü formalaşdırır, dünyagörüşünə təsir edir. Mənim fikrimcə, yaxşı müğənni, peşəkar ifaçı olmaq üçün istedadla yanaşı, akademik təhsil də şərtdir. Təhsil olmasa, musiqinin nəzəri cəhətdən incəliyini bilməsə, o, çox davam edə bilməz, gələcəyə ötürülə bilməz.

Eybi yox, indiki dövrün tələblərini nəzərə alaraq, bəlkə bu yol mənə maddi cəhətdən zərər vurur, uzun illərin səhnə təcrübəsinə baxmayaraq, digərlərinin sahib olduğu böyük kütləyə sahib deyiləm, amma bilirəm və əminəm ki, mənim ifalarımı əsl musiqini anlayanlar və ona dəyər verənlər dinləyir, sevir, öz tədbirlərində görmək istəyir. Bundan da çox məmnunam".

Hər bir sənətkarın yolunda örnək aldığı ustadlar, ilham mənbələri, öyrəndiyi səhnə davranışları və musiqi incəlikləri olur. Müsahibimizin sənət dünyasında bu öyrənmə prosesi təkcə təhsil və təcrübə ilə deyil, həm də milli musiqimizin tanınmış simalarının sənətinə ehtiramla, diqqətlə müşahidə etməklə formalaşıb. O, öz yolunu gedərkən sənətə sadiq qalan, fərqli janrlarda peşəkar ifaları ilə yadda qalan sənətkarların izindən addımlayır və onların sənətindən həm estetik zövq alır, həm də dərs götürür:

"Auditoriyadan kənarda Azərbaycan milli musiqisini professional şəkildə ifa edən bir çox sənətkarlarımız var ki, mən onları dinləyərək onlardan bəhrələnirəm, öyrənirəm. Məsələn, Xalq artisti Teyyub Aslanın ifasını çox sevirəm. Estrada janrında Abbas Bağırovun səsi və ifası mənim üçün örnəkdir. Eyni zamanda, qarmon ifaçısı olsa da, qısa müddət birlikdə işləmək şansı qazandığım "Qaytağı" ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqovdan təkcə bir ifaçı kimi deyil, həm də səhnə mədəniyyəti, musiqiyə yanaşma tərzi və sair kimi çox xırdalıqları öyrənmişəm".

Xasay Şıxıyev həm də hərbçi ailəsindəndir. Özü də böyük zəfərlə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində cəbhədə, ordumuzun yanında olub, fiziki köməyi ilə yanaşı, səsi, gözəl ifaları ilə də əsgərlərimizdə ruh yüksəkliyi yaradıb. Müsahibim həmin günləri belə xatırlayır:

"Mənim atam və əmim hərbçidirlər, I Qarabağ müharibəsinin iştirakçısı olublar. Qardaşım Pərviz Şıxıyev də hərb sənətini seçib və 20 ildən artıqdır ki, sözün əsl mənasında, canını, qanını bu uğurda fəda edib. Həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edib, hər ikisində də ağır yaralansa da, bütün xahişlərimizə baxmayaraq, təqaüdə çıxmadı, indi də xidmətini davam etdirir.

Vətən müharibəsi başlamadan hələ Tovuz döyüşlərindən könüllü şəkildə qeydiyyatdan keçmişdim, ancaq müharibə vaxtı məni əsgər kimi cəbhəyə aparmadılar. Amma mən burada dayana bilmədim və qardaşımın xidmət etdiyi ön cəbhədə addım-addım əsgərlərimizlə birlikdə mən də irəliləyirdim, orada gücüm çatan, əlim yetən hər şeydə onlara kömək edirdim; silah-sursatın, eləcə də lazımi əşyaların daşınması, yaralıların təhlükəsiz əraziyə aparılması, xəstəxanalara çatdırılması və sair kimi. Qardaşım müharibədə iki dəfə yaralandı. Birinci hadisə gözümün qabağında baş verdi: yanındakı hərbçimiz şəhid oldu. İkinci dəfə Hadrutda yaralanandan sonra artıq mən də qardaşımla birlikdə Əhmədbəyli hospitalına qayıtdım və onu Şirvan xəstəxanasına gətirdik. Bundan sonra isə müharibənin axırına qədər günaşırı cəbhədə lazım ola biləcək bütün əşya, ləvazimatları yığıb aparırdım.

Müharibənin sonlarına yaxın, eləcə də müharibə bitəndən sonra Laçında, Hadrutda, Horadizdə yerləşən hərbi hissələrdə yarı mənim təşəbbüsüm və təşkilatçılığımda konsertlər verdik, əsgərlərimizlə görüşlər keçirdik. Aradan ötən beş ildə də biz yenə tez-tez hərbi hissələrə gedir, əsgərlərimiz üçün bayram tədbirləri, konsertlər keçiririk. Bu, bizim həm də vətəndaşlıq borcumuzdur".

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri