Icma.az
close
up
RU
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Animasiya Assosiasiyasının sədri, rejissor və prodüser Rəşid Ağamalıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi animasiya sənətinə marağı artırmaq, gəncləri bu sahəyə cəlb etmək və onların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək olub.

Görüş zamanı Rəşid Ağamalıyev tələbələr üçün təcrübə proqramlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, animasiya kimi sürətlə inkişaf edən sahədə gənclərin yalnız nəzəri biliklərlə kifayətlənməsi mümkün deyil və real istehsal prosesinə cəlb olunmaları, peşəkar komandalarda çalışma təcrübəsi qazanmaları vacibdir.

Daha sonra tələbələrə Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr və mövcud imkanlar barədə ətraflı məlumat təqdim olunub. Tələbələr “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı, “ANİMAFİLM” məktəbi, “Animasiya Evi” layihəsi, müxtəlif təlim və ustad dərsləri, beynəlxalq tərəfdaşlıqlar və animasiya kataloqları kimi təşəbbüslərlə tanış olublar.

Rəşid Ağamalıyev, həmçinin “Hadis” və “Narqız” animasiya filmlərinin yaradılma prosesi və beynəlxalq uğurlarından danışıb, hazırda studiyada üzərində işlənən “İsi və Piti”, “Eyni yağışın altında” və “Oyun” kimi yeni layihələri təqdim edib.

Tədbirdə, eyni zamanda ikinci ATA – Türk Animasiya Festivalı çərçivəsində keçiriləcək nümayişlər barədə məlumat verilib. Qeyd olunub ki, dekabrın 7-də “Yer və Ay” animasiya filminin premyerası, dekabrın 8-də isə 16-cı Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “Narqız” animasiya filminin nümayişi baş tutacaq. Bu tədbirlərin yerli və beynəlxalq auditoriyada Azərbaycan animasiyasına marağın artırılmasına mühüm töhfə verəcəyi qeyd olunub.

Görüşdə tələbələr animasiya sahəsinə dair suallarına cavab alıb və real nümunələr əsasında mövzu üzrə biliklərini genişləndiriblər. Sonda Rəşid Ağamalıyev gəncləri təcrübə proqramlarında fəal iştirak etməyə və animasiya sahəsində öz yaradıcılıqlarını inkişaf etdirməyə çağırıb.

Azərbaycan Animasiya Assosiasiyasının sədri bildirib ki, bu cür görüşlər mütəmadi şəkildə davam etdiriləcək və istedadlı gəncləri animasiya sənətinə həvəsləndirmək Assosiasiyanın əsas prioritetlərindəndir.

-1 / 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri