Rəşid Ağamalıyev: Bu festival Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 noyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində TOFUZI Beynəlxalq Animasiya Film Festivalı keçirilib. Festivalda Azərbaycan animasiya filmləri nümayiş etdirilib. Festivalın münsiflər heyətində iştirak edən rejissor və prodüser Rəşid Ağamalıyev tələbələr üçün ustad dərsi də keçirib.
Bu barədə AZƏRTAC-a Rəşid Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, ustad dərsi çərçivəsində “Narqız” və “Hədis” animasiya filmləri, eləcə də ANİMAFİLM Festivalının animasiya treylerləri nümayiş etdirilib.
“TOFUZI Gürcüstan ilə Azərbaycan arasında güclü mədəni əlaqələrin qurulmasında mühüm rol oynayıb. Festivalın direktoru Zurab Diasamidzenin 2018-ci ildə bizim ilk ANİMAFİLM Festivalımıza səfərini çox yaxşı xatırlayıram; onun dəstəyi və təşviqi işimizi davam etdirməyimizə böyük ilham verdi. 2019-cu ildə TOFUZI-də münsif, 2023-cü ildə isə qonaq kimi iştirak etmək mənim üçün böyük xoşbəxtlik olmuşdu. Bu illər ərzində Elçin Hami Axundov və Nazrin Ağamalıyeva kimi istedadlı Azərbaycan rejissorları da öz filmlərini bu festivalda təqdim etmişdilər. 2024-cü ildə Zurab Diasamidze 7-ci ANİMAFİLM Festivalında Gürcüstan animasiyasına həsr olunmuş xüsusi nümayiş təqdim edib. Bu il yenidən Batumidə olmaq, Gürcüstan animasiya studiyaları ilə yeni əməkdaşlıqlar qurmaq, tələbələrlə təcrübəmi bölüşmək və filmlərimi nümayiş etdirmək mənim üçün böyük bir həyəcan və sevinc oldu”, – deyə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Studiyanın və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















