Icma.az
close
up
RU
Azərbaycan aşıq yaradıcılığında milli mənəvi dəyərlər

Azərbaycan aşıq yaradıcılığında milli mənəvi dəyərlər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçirilib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə gerçəkləşən seminar saz-söz ustadı Molla Cuma, görkəmli yubilyar aşıqlar Hüseyn Saraçlı (110) və Pənah Pənahovun (100) sənət yoluna həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə muzeyin aşıq sənəti guşəsi ilə tanış olublar. Burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeydə aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli saz-söz ustadları ilə bağlı guşələrin olduğunu, qiymətli eksponatların saxlanıldığını bildirib.

AAB-nin sədri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı seminarın əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan Molla Cuma, Hüseyn Saraçlı və Pənah Pənahovun yaradıcılıq irsinin yaşadılması və təbliğinə töhfə olduğunu deyib.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov seminarın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və vətənsevərliyi yaradıcılığında tərənnüm etmiş aşıqlarımızın irsinin tanıdılmasıdır. Vüqar Hümbətov MEMİM tərəfindən bu qəbildən tədbir və layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bənzərsiz dastan ustası – Hüseyn Saraçlı”, AAB-nin üzvü, tədqiqatçı, Molla Cumanın nəticəsi Elşən Əzizovun “Molla Cumanın ədəbi irsi” və MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Pənah Pənahov yaradıcılığında aşıq və xalq mahnı üslubunun vəhdəti” mövzularında çıxışları dinlənilib.

Tədbir çərçivəsində tanınmış aşıqların ifalarından ibarət bədii proqram təqdim olunub. Həmçinin Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbəri olduğu “Çeşmə” folklor qrupunun ifasında ustad aşıqların repertuarından saz havaları tədbirə rəng qatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri