Azərbaycan Asiya Parlament Assambleyasının növbəti sessiyasında təmsil olunur FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
Bu barədə Moderator.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Əhməd, Nümayəndələr Şurası sədrinin ikinci müavini Əhməd Abulvahid Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Əhməd Sabah Al-Sallum, Hasad Eid Buxammas, Məmduh Abbas Əl-Saleh, Məhəmməd Musa Məhəmməd, deputat Zainap Abdulamer Xəlil və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















