Icma.az
close
up
RU
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Fevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası giriş nitqi ilə APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev açıb. Azərbaycanın sədrliyi ilə 26 ölkəni təmsil edən 250-dən çox nümayəndə və 7 beynəlxalq təşkilatın təmsilçisinin qatıldığı APA-nın 15-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən nümayəndə heyətinin rəhbəri, İcraedici Şuranın iclasının iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və tədbirin təşkilinə yaradılan şəraitə görə ona təşəkkürünü bildirib.
Rizvan Nəbiyev, ötən il Azərbaycanın bütün suveren ərazilərində baş tutmuş növbədənkənar prezident və parlament seçkiləri haqqında məlumat verib, həmçinin Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun çərçivəsində qəbul edilmiş mühüm qərarların əhəmiyyəti barədə danışıb. O, COP29 çərçivəsində qəbul edilən qərarların ətraf mühitin mühafizəsi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycanın irəli sürdüyü təkliflər iqlim dəyişmələri ilə mübarizədə önəmli addım olmaqla yanaşı, qlobal miqyasda davamlı inkişafın təmin edilməsinə töhfə verəcək.
İclasda APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. O, bu müddət ərzində görülən işlərdən bəhs edib, 2026-2027-ci illər üçün APA prezidentliyi və vitse-prezidentliyinə namizədliklər, bəzi ölkələrə tam hüquqlu və müşahidəçi statusunun verilməsi məsələləri, eləcə də qurumun komitələrində müzakirə olunan qətnamə layihələri üzrə fikir və təkliflər barədə məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Sonra APA-nın 15-ci Plenar sessiyasının gündəliyi müzakirə olunub. Tədbirdə qurumun Siyasi məsələlər üzrə, İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə daimi komitələri tərəfindən irəli sürülən qətnamə layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin üzvləri İlham Məmmədov, Naqif Həmzəyev, Aydın Hüseynov, Günay Ağamalı, deputat Zaur Şükürov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri