Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan ATƏT in Minsk qrupunun ləğvini haqlı olaraq tələb edir Siyasi şərhçi

Azərbaycan ATƏT in Minsk qrupunun ləğvini haqlı olaraq tələb edir Siyasi şərhçi

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ATƏT-in Minsk qrupunun ləğvi, hər şeydən əvvəl, Ermənistanın bu münaqişənin bitdiyini formal olaraq təsdiqləməsi deməkdir. Çünki Minsk qrupu 1992-ci ildə məhz münaqişənin həlli üçün yaradılmış bir format idi. Lakin 30 il ərzində bu istiqamətdə heç bir ciddi nəticə əldə edə bilmədi. Azərbaycan isə İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatları ilə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək münaqişəyə son qoydu. Hazırda isə Azərbaycan haqlı olaraq münaqişənin bütün qalıqlarının aradan qaldırılmasına çalışır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun ləğvi vacib bir məsələyə çevrilib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda müsəlman ölkələrinin səfirləri üçün təşkil olunan iftar tədbirində çıxışı zamanı danışıb. Nazir, post-münaqişə dövründə baş verən proseslərə dair məlumat verərək, Azərbaycan və Ermənistan arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” ikitərəfli saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Eyni zamanda, sazişin imzalanması üçün Ermənistanın konstitusiyasındakı Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların ləğv edilməsinin vacibliyi bir daha vurğulanıb. Bu kontekstdə, artıq aktuallığını itirmiş ATƏT-in Minsk Qrupunun və digər əlaqədar strukturların ləğvinin zəruriliyi qeyd edilib.

Siyasi şərhçi bildirib ki, bu qalıqlardan biri Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların mövcudluğudur, digəri isə ATƏT-in Minsk qrupunun fəaliyyəti idi.

“Minsk qrupunun ləğvinin regiondakı güc balansına ciddi təsir edəcəyini düşünmürəm. Çünki onsuz da bu qurumun fəaliyyətinin əhəmiyyətli nəticəsi olmayıb. Münaqişənin həlli ilə bağlı müxtəlif dövrlərdə fərqli yanaşmalar – 1990-cı illərdə mərhələli həll və paket həll modeli, daha sonra isə Madrid prinsipləri irəli sürülsə də, bunların heç biri Ermənistan üzərində real təsir və təzyiq mexanizmi kimi işləmədi. Ermənistan münaqişənin həlli istiqamətində ciddi addımlar atmaq əvəzinə, onu daha da dondurmağa çalışdı. İndi isə Azərbaycan haqlı olaraq Minsk qrupunun rəsmən ləğvini tələb edir. Ermənistan uzun müddətdir buna müqavimət göstərsə də, Minsk qrupunun ləğvi birmənalı şəkildə münaqişənin başa çatdığını təsdiqləyir. Bu, həm də hazırkı geosiyasi reallıqlara uyğun olmaqla yanaşı, sülh prosesinin və bölgədə normallaşmanın sürətlənməsi üçün vacib şərtlərdən biridir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Mart 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri