Icma.az
close
up
RU
Azərbaycan Avrasiya nəqliyyat karkasının inkişafına 2 milyard dollardan çox investisiya yatırıb

Azərbaycan Avrasiya nəqliyyat karkasının inkişafına 2 milyard dollardan çox investisiya yatırıb

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il iyuluın 1-nə, Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyaların məbləği 2,1 milyard ABŞ dolları təşkil edib. SİA-nın Avrasiya İnkişaf Bankının (EBD) "Nəqliyyat layihələri observatoriyası"na istinadən verdiyi məlumata görə, ümumilikdə regionda ümumi məbləği 234 milyard ABŞ dollarından çox olan 325 layihə həyata keçirilir və yaxud icrası planlaşdırılır.

Observatoriya 13 ölkəni əhatə edir: Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

Layihələrin ən böyük hissəsi (51 %-dən çoxu) avtomobil yolları sektoruna aiddir. İnvestisiya dəyərinə görə layihələrin 60 %-dən çoxu icra, 13%-i sənədlərin hazırlanması, 27 %-i isə müzakirə və planlaşdırma mərhələsindədir.

Mərkəzi Asiya ölkələri Avrasiya nəqliyyat karkasına yatırılan bütün investisiyaların 22 %-dən çoxunu əhatə edir - regionda təxminən 53 milyard ABŞ dolları məbləğində 90 layihə həyata keçirilir ki, bunun da 44 %-i Qazaxıstanın payına düşür. Bu investisiyaların təxminən üçdə ikisi magistral avtomobil yollarının tikintisi və modernləşdirilməsinə yönəldilib. Bu isə regionun ticarəti və beynəlxalq daşımaları stimullaşdırmaq üçün nəqliyyat infrastrukturunun inkişafına olan kəskin ehtiyacını vurğulayır.

Avrasiya regionu ölkələri üzrə Avrasiya nəqliyyat karkasının inkişafına yatırılan investisiyaların bölgüsü belədir: Rusiya - 137,1 milyard ABŞ dolları, Qazaxıstan - 23,3 milyard ABŞ dolları, İran - 13,6 milyard ABŞ dolları, Əfqanıstan - 12,5 milyard ABŞ dolları, Qırğızıstan - 12 milyard ABŞ dolları, Monqolustan - 8,5 milyard ABŞ dolları, Özbəkistan - 7,2 milyard ABŞ dolları, Türkmənistan - 5,3 milyard ABŞ dolları, Tacikistan - 5 milyard ABŞ dolları, Ermənistan - 4,7 milyard ABŞ dolları, Gürcüstan - 2,6 milyard ABŞ dolları və Belarus - 0,2 milyard ABŞ dolları.

Avrasiya nəqliyyat karkasının 10 ən böyük layihəsindən 7-si Rusiyanın payına düşür. Nəticədə, Şimali Avrasiya nəqliyyat dəhlizinin inkişafı ən kapital tutumlu istiqamət olub, bunun üçün 78 milyard ABŞ dolları həcmində investisiya tələb olunur ki, bu da Avrasiya nəqliyyat karkasına yatırılan ümumi investisiyaların üçdə birini təşkil edir.

Mərkəzi Asiyada ən böyük 10 layihə Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasına yatırılan bütün investisiyaların 58 %-ni toplayır. Bunların arasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı (4,7 milyard ABŞ dolları), Daşkənd-Əndican avtomobil yolu (4,3 milyard ABŞ dolları), Balıkçı-Koçkor-Kara-Keçe-Makmal-Cəlal-Abad dəmir yolu (4,1 milyard ABŞ dolları), Tacikistandakı Şimal-Cənub dəmir yolu (3,9 milyard ABŞ dolları) və s. var.

EDB qeyd edir ki, layihələrin prioritetləşdirilməsi xüsusilə məhdud investisiya resursları şəraitində vacibdir. Əfqanıstan, Tacikistan, Qırğızıstan, Monqolustan və Ermənistan kimi ÜDM səviyyəsi aşağı olan ölkələrdə nəqliyyat infrastrukturuna xərclər iqtisadiyyatın həcminə nisbətdə xüsusilə əhəmiyyətlidir.

“Ümumi layihələrin sayından 113-ü özəl sektorun iştirakını nəzərdə tutur. Bunların təxminən yarısı logistika və anbar infrastrukturundadır. Təxminən 17 layihə dövlət-özəl tərəfdaşlığı formatında həyata keçirilir və ya potensial olaraq həyata keçirilə bilər”, - bankın məlumatında bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri