Icma.az
close
up
RU
Azərbaycan Avropa məkanı üçün olduqca önəmli dövlətdir RƏY

Azərbaycan Avropa məkanı üçün olduqca önəmli dövlətdir RƏY

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə, eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Bu səfər və keçirilən görüşlər deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrin önəmini kifayət qədər ciddi qəbul edir. Görüşdə Azərbaycan Prezidenti tərəfindən belə bir fikir səsləndirildi ki, Azərbaycan Aİ üçün önəmli tərəfdaşdır. Bu, sözün əsl mənasında belədir. Məlumdur ki, Azərbaycan artıq Avropa məkanının enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Azərbaycan artıq Avropanın on ölkəsinə, o cümlədən Avropa İttifaqının 8 üzvü olan ölkəyə qaz nəql edir. Qaz təchizatının iki dəfə də artırılması nəzərdə tutulur. Bu mənada, Aİ dövlətləri Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olmalıdırlar. Ən azından proses bu istiqamətdə davam etməkdədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat xatırladıb ki, Azərbaycan Aİ-nin 27 ölkəsindən 10-u ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb: “Biz üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Bunu dəfələrlə təkcə sənədlərdə deyil, eyni zamanda əməldə də sübut etmişik. Təəssüf ki, Avropanın bir sıra qurumları, Avropa parlamenti, Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı olduqca ədalətsiz, birtərəfli, ən azından dost olmayan mövqe sərgilənir. Heç bir ölkə bizə yuxarıdan aşağı baxa bilməz. Bütün bunlara rəğmən dəfələrlə bəyan etmişik ki, Avropa ölkələri ilə münasibətlərin bərabər hüquqi əsaslarda, münasibətlərimizin normal məcrada inkişafında maraqlıyıq. Bu istiqamətdə Azərbaycanın fəaliyyəti davam edir. Kaya Kallas Ceyhun Bayramovla da görüşdə bəyan etdi ki, Azərbaycan Avropa məkanı üçün olduqca önəmli dövlətdir. Kallasın səfərini əslində bu kontekstdə qiymətləndirmək olar ki, Avropa rəsmilərinin Azərbaycana olan marağı Avropa ölkələrinin öz maraqları kontekstində də olduqca önəm daşıyır. Əslində Kallasın səfəri yeni bir mərhələnin başlanğıcı kimi də qəbul edilə bilər. Yeni bir səhifə açılır. Nəhayət, Aİ də fərqindədir ki, Azərbaycanla münasibətlərin normal məcrada inkişafı, Azərbaycanın bölgə üçün əhəmiyyəti Avropa ölkələri, onların dövlət və digər maraqları üçün də önəmlidir. Hesab edirəm, bu mövqe Kallasın timsalında açıqlandı. Azərbaycanın coğrafi mövqeyi də Avropa ölkələri üçün böyük maraq kəsb edir. Ölkəmizin Asiya ilə, Çinlə və digər ölkələrlə əməkdaşlığı, iqtisadi münasibətləri, son illər yeni infrastruktur layihələri ilə gündəmə gəlməsi, tranzit ölkə kimi Asiyadan Avropaya, Avropadan Asiyaya əsas keçid məntəqəsində olması Azərbaycanın əhəmiyyətini önə çəkir. Bundan sonrakı dönəmdə də Azərbaycanla münasibətlərin həm iqtisadi, həm siyasi baxımdan bir qədər də istiləşməsində, digər müstəvilərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqları görünür. Kallasın səfəri də bu kontekstdə reallaşıb. Bütün bunlar deməyə əsas verir ki, gələcəkdə Azərbaycan və Avropa münasibətləri daha müsbət məcrada inkişaf edəcək”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Aprel 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri