Kataliz və Qeyri üzvi Kimya İnstitutu ilə Şandunq EA nın Enerji Tədqiqatları İnstitutu birgə tədqiqat aparacaq
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 10 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının Şandunq əyalətinin Jinan şəhərində Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının II Konqresi keçirilib.
Konqres çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Şandunq Elmlər Akademiyasının (EA) Enerji Tədqiqatları İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, memorandum azkarbonlu enerji istehsalı üçün yüksək konversiyaya malik innovativ texnologiyaların hazırlanması istiqamətində birgə tədqiqatların aparılmasına dair işlərin görülməsini özündə ehtiva edir.
Memorandumun imzalanması mərasimindən sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi dosent Elmir Babayev Enerji Tədqiqatı İnstitutuna baş çəkib, oradakı laboratoriyaların şəraiti və müasir avadanlıqlarla tanış olub, həmin elmi müəssisə ilə birgə reallaşdırıla biləcək layihələri müzakirə edib. Müştərək layihələr kimi biokütlədən müxtəlif çevrilmə üsulları ilə enerji istehsalı, C1 kimyası, xüsusən də karbon qazının çevrilmələri istiqamətində perspektiv işlər müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















