Azərbaycan axtarışa verilən Qazaxıstan vətəndaşını təhvil verib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
28.05.1999-cu il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















