Icma.az
close
up
RU
Azərbaycan balans siyasəti Yaxın və Uzaq Şərqlə də münasibətləri dərinləşdiməyi tələb edir Deputat

Azərbaycan balans siyasəti Yaxın və Uzaq Şərqlə də münasibətləri dərinləşdiməyi tələb edir Deputat

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Diplomatiya balans deməkdir. Dövlət hansı istiqamətlərdə münasibətləri gücləndirməklə bağlı düzgün balans müəyyənləşdirəndə, öz yerin daha da təhlükəsiz və möhkəm edir".

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın son illərdə Şərq və Asiya ilə güclənən əlaqələrini şərh edərkən bildirib.

Deputat deyib ki, Azərbaycan ilk mərhələlərdə bütün Avropa təşkilatlarında olub, ATƏT-dən tutmuş Avropa Şurasına qədər: “Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın strateji tərəfdaşıdır. Amma təbii ki, tarixə baxanda görürük ki, tariximiz bizi daha çox Şərqlə, Mərkəzi Asiya ilə bağlayır. Bu baxımdan Azərbaycan öz siyasətində balansı möhkəmləndirməklə məşğuldur. Nəhayət, vaxt var idi ki, Çinin dünya iqtisadiyyatında, siyasətində rolu böyük deyildir. Amma biz görürük son otuz ildə Çin demək olar ki, ikinci super dövlətə çevrilib. Belə olan halda bəli, Azərbaycan üçün zəruridir ki,Çin ilə də münasibətlərini xeyli irəli aparsın. Çin Xəzər hövzəsinin demək olar ki, Şərq sahilində Qazaxıstanda bir nömrəli ticarər partnyoru və investordur. Eyni zamanda, Çin Türkmənistanda, İranda bir nömrəli ticari partnyoru və investordur. Yəni, Çin demək olar ki, bütün Xəzər boyu möhkəmlənirsə, təbii onun rolu Qərb sahilində -yəni Azərbaycanın yerləşdiyi sahildə də artacaq. Ona görə də cənab Prezidentin Çinlə münasibətlərin genişlənməsi siyasəti çox güclü siyasətdir və dövlətimizə xeyr gətirəcək”.

Prezidentin Çinə dövlət səfərinin əhəmiyyətinə toxunan R.Musabəyov  deyib ki, Çin Azərbaycanın dördüncü ticarət tərəfdaşıdır: “Hesab edirəm ki, bu istiqamətdə daha çox artıma nail olmaq üçün böyük potensial var. Biz Ələtdə Azad İqtisadi Zona yaratmışıq. Çinin bir tərəfdən təcrübəsini nəzərə almaq lazımdır, o biri tərəfdən Pekin Azad İqtisadi Zonadan istifadə edə bilər ki, öz mallarının burdan sonra bir çox ölkələrə daşınmasını təşkil etsin. Çini orda da görürük. İndi müəyyən layihələr var, onlardan biri də yaşıl energetika ilə bağlıdır. Bilirsiniz ki, günəş panelləri, külək tribunlarının hamısı Çin istehsalıdır. Biz bu istiqaməti də genişləndirmək istəyirik. Təbii ki, Çinlə əməkdaşlığımız güclənəcək və genişlənəcək. Eyni zamanda, Orta Dəhliz məsələsi qeyd olunmalıdır, hansı ki, Azərbaycandan vaz keçmək qeyri-mümkündür. Çinin də burda marağı var.

Onu da unutmayaq ki, Çin siyasi cəhətdən çox nüfuzlu bir dövlətdir. Onun nüfuzu artan xətlə inkişaf edir. BMT Təhlükəsizlik Şurasında da Çinin sözü əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Çin ilə münasibətləri möhkəmləndirəcək”.

Deputat onu da vurğulayıb ki, hər yerdə beynəlxalq hüququn erroziyası baş verir. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı tapdaq altına atılır: “Rusiya da, ABŞ da, Fransa da bunu edir. Çin isə bu məsələlərdə prinsipialdır. Azərbaycan üçün isə belə prinsipial partnyor vacibdir”.

Deputat deyib ki, bu regionda Azərbaycan üçün prioritet partnyorlar var və bu sırada Mərkəzi Asiya yer alır və bu coğrafiya ilə münasibətlər daha da dərinləşəcək.

Pakistanla Azərbaycan arasında əlaqələrə də diqqət çəkən R.Musabəyov bildirib ki, demək olar iki ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə qaldırılıb: “Pakistanla xeyli böyük layihələrimiz var, Azərbaycan orda neft-qaz kəşfiyyatı aparacaq, sonra istismarını təşkil etmək niyyətindədir. Ancaq onlarla yanaşı İran da var. Qeyd edim ki, İranla ticarət dövriyyəmiz o qədər də yüksək deyil. Cılız, balaca Ermənistanın İranla dövriyyəsi bizdən çoxdur. Bu, normal hal deyil. İsraildə də qaz yatağında SOCAR işlər aparacaq, gedib, müəyyən layihələr olacaq”.

R.Musabəyova görə, Azərbaycanın hazırda üstünlüyü Mərkəzi Asiya, o cümlədən  Çin və Pakistandır: “Ancaq hesab edirəm ki, imkanlarımız genişləndikcə, coğrafiya da genişlənəcək”.

Onun sözlərinə görə, Qərb Azərbaycana qarşı özünü yaxşı aparsaydı belə, Bakı hər bir halda balansı təmin etmək üçün Şərqə doğru addımlar atacaqdır:

“Yəni burada tək səbəb Qərb tərəfdaşlarımızın özlərini riyakarcasına aparması, ikilistandartlardan çıxış etmələri deyil. Halbuki bu amil də nəzərə alınır. Azərbaycan açıq şəkildə bildirib ki, nə NATO-nun, nə Avropa İttifaqının qapısını döymək istəyi var. Ona görə də bu balans Yaxın Şərqlə də, Uzaq Şərqlə də münasibətləri dərinləşdiməyi tələb edir”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri