Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib FOTOLAR
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 20-21-də Bakı İdman Sarayında Azərbaycan Basketbol Liqasının (ABL) hakimləri üçün yeni mövsüm öncəsi son seminar təşkil olunub. SİA xəbər verir ki, seminar Azərbaycan Basketbol Hakimlər İttifaqının sədri və FIBA-nın milli təlimçisi Ələkbər Həsənovun rəhbərliyi ilə baş tutub.
13 hakimin iştirak etdiyi tədbir zamanı FIBA tərəfindən tətbiq olunan yeniliklər və oyunun əsas detalları hakimlərə izahlı şəkildə təqdim olunub. Seminarın sonunda hakimlər həm fiziki hazırlıq, həm də oyun qaydaları üzrə test imtahanlarından keçiblər.
Qeyd edək ki, seminara Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz və "Neftçi" klubunun ukraynalı baş məşqçisi Vitali Stepanovski qonaq qismində qatılıblar.
Baxış sayı:51
Bu xəbər 22 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















