Azərbaycan Belçikaya 27 cüdoçu ilə yollanacaq İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, yığmamız Vise şəhərində keçiriləcək Belçika açıq turnirində 12 çəki dərəcəsində 27 cüdoçu ilə təmsil olunacaq.
Məşqçilər korpusu yarışda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hər üçü 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hər üçü 52 kq), Acelya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva (hər üçü 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq), Nigar Süleymanova (+78 kq), Murad Muradlı (60 kq), Elşən Əsədov, Nazir Talıbov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Qadir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Şövlətov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hər üçü 81 kq), Nihad Şıxəlizadə (100 kq), İmran Yusifov və Camal Feyziyevə (hər ikisi +100 kq) şans verəcək.
Qeyd edək ki, yanvarın 25-26-da keçiriləcək beynəlxalq turnirdə 24 ölkədən 800-dən çox idmançı iştirak edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















