Icma.az
close
up
RU
Azərbaycan yeni qlobal nizamın ədalət mərkəzinə çevrilir

Azərbaycan yeni qlobal nizamın ədalət mərkəzinə çevrilir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


III Şuşa Qlobal Media Forumu Azərbaycanın zəfər savaşından sonra bölgədə yaratdığı yeni geopolitik durumun daha bir təzahürü idi. Forumu önəmli edən ən mühüm amillərdən biri bu Forumum post-müharibə Azərbaycanı həqiqətlərini təbliğ etməsi, bu həqiqətləri bütün dünyanın diqqətinə çatdırmasıdır.
Forumda iştirak edən Prezident İlham Əliyevin çıxışı, onun müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın həm daxili, həm də xarici siaysətini, bu siyasətin əsas prioritetlərini aydın və qətiyətli bir dillə bütün dünyanın diqqətinə çatdırdı. Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.
III Şuşa Qlobal Media Forumunun digər bir əhəmiyyəti bu Forumun Azərbaycanın yalnız özünə qarşı deyil, hər kəsə, hər bir dövlətə münasibətdə ədalətli davranış tələb etməsi oldu. Forumda Rusiya səmasında vurulan AZAL təyyarəsindən danışan Prezident İlham Əliyev, Rusiyanın bu məsələdə sərgilədiyi qeyri-ədalətli mövqeyi qətiyyətlə ifşa etdi, Azərbaycanın ədalətə nail olmaq üçün sona qədər mübarizə apardığını vurğuladı.
Prezident İlham Əliyev nəinki Rusiyanın məsuliyyətsiz və ədalətsiz mövqeyini ifşa etdi, həm də ədaləti təmin etmək üçün Azərbaycanın beynəlxalq instansiyalara da müraciət edəcəyini, bu mübarizədən əsla imtina etməyəcəyini vurğuladı. Bu mənada Prezidentin Ukrayna müharibəsi ilə bağlı sərgilədiyi mövqe də Azərbaycanın sadəcə özünə deyil, istisnasız olaraq hər bir dövlətə münasibətdə ədalətl tələb etdiyini sübut etdi.
Ukraynalı jurnalistin sualına cavab olaraq Ukrayna xalqına heç vaxt işğalla barışmamağı tövsiyə edən dövlət başçısı, Azərbaycanın da məhz bu yolla getdiyini vurğuladı, Azərbaycan xalqının mübarizə tarixini nümunə kimi qarşı tərəfin diqqətinə çatdırır. Bir sözlə, Prezident İlham Əliyev Ukrayna ilə bağlı ortaya qoyduğu mövqe ilə Azərbaycanın yalnız özünə deyil, bütün əzilən, haqsızlığa və ədalətsizliyə məruz qalan xalqlara münasibətdə ədalət tələb etdiyini, bu mövqeyi istənilən beynəlxalq platformada cəsarətlə dilə gətirdiyini göstərdi.
Dövlətimizin başçısı növbəti dəfə açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir.
Dövlət başçısı bildirdi ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir.
Azərbaycanın siyasi iradəsi bu gün yalnız regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrilib. Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Forum Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirir. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın mövcud gücünün ifadəsidir.
Tənzilə Rüstəmxanlı
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri