Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq mədənçilik və zərgərlik forum sərgisində iştirak edib

Azərbaycan beynəlxalq mədənçilik və zərgərlik forum sərgisində iştirak edib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 24-26 martda Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş “Oks Xəzinələrinin Mənbəyi” adlı beynəlxalq mədənçilik və zərgərlik forum-sərgisində iştirak edib.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir çərçivəsində qurumun və "AzerGold" QSC-nin nümayəndələri digər ölkələrin müvafiq dağ-mədən və zərgərlik qurumları ilə məkdaşlıq imkanlarını müzakirə ediblər.

Tacikistan hökumətinin himayəsi altında təşkil olunan forum-sərgi ölkənin zərgərlik sənayesinin inkişafına töhfə verməyi hədəfləyib.

Beynəlxalq tədbirin təşkilat komitəsində Tacikistanın dağ-mədən və zərgərlik sektorunu təmsil edən şirkətlər və aidiyyəti dövlət qurumları iştirak edib.

Tədbirdə təxminən 50 yerli zərgərlik müəssisəsi ilə yanaşı, Azərbaycan, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Avropa İttifaqı ölkələri və Yaxın Şərq də daxil olmaqla, müxtəlif ölkələrdən 200-dən çox xarici nümayəndə iştirak ediblər.

Forum çərçivəsində xarici qonaqlar Tacikistanın tarixi və mədəniyyət abidələrini, o cümlədən Milli Muzeyi, Hissar qalasını və "İstiqlol" kompleksini ziyarət ediblər.

Tədbirin əsas məqsədləri zərgərlik sektorunda əlavə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, dağ-mədən və zərgərlik istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər arasında işgüzar əlaqələrin qurulması və onların davamlı inkişafının təmin edilməsi olub.

Bununla yanaşı, forum çərçivəsində şirkətlər arasında görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb, uğurlu təcrübələrin paylaşılması üçün geniş imkanlar yaradılıb.

Forum, zərgərlik və mədənçilik sahəsində yeni texnologiyaların təqdim olunması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulması və bu sahədə təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri