Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr BTİ-nin Baş katibi Doreen Bogdan-Martin ilə görüşdə baş tutub.

"Təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu gün COP29 çərçivəsində birgə keçirdiyimiz Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyini vurğuladıq. Növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri