Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan beynəlxalq təzyiqlərə qarşı güclənərək cavab verir AÇIQLAMA

Azərbaycan beynəlxalq təzyiqlərə qarşı güclənərək cavab verir AÇIQLAMA

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

“Son dövrlərdə Avropa qurumlarının Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan münasibəti bir daha açıq şəkildə özünü göstərməkdədir. Xüsusilə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin statusunun tanınmaması bu münasibətin bariz nümunəsidir. Bu, Avropa institutlarının siyasi qərəzdən çıxış edərək Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədiklərini bir daha sübut edir. Təəssüflə qeyd etməliyik ki, bu, ilk belə hal deyil. Avropa Komissiyası və Avropa Parlamenti daxilində fəaliyyət göstərən bəzi ermənipərəst üzvlər, xüsusilə Frank Şvabe kimi şəxslər, Azərbaycana qarşı əsassız iddialarla çıxış edərək ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışırlar. Avropa Şurasının insan hüquqları üzrə komissarı Mayk Oflekin də Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv yanaşması bu siyasətin davamı kimi qiymətləndirilməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, siyasi ekspertlərin qənaətinə görə, Donald Trampın yenidən ABŞ-da hakimiyyətə gəlməsi həm bu ölkədə, həm də ümumilikdə Qərb dünyasında uzun müddət təsir sahibi olmuş solçu, liberal və qlobalist dairələrin mövqeyinə ciddi zərbə vurmuşdur. Bununla belə, həmin dairələrin Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar daxilindəki təsir imkanları hələ də qalmaqdadır. Məhz bu səbəbdən, adıçəkilən qurumların bəzi nümayəndə və məruzəçilərinin Azərbaycana münasibətdə ikili standartlara əsaslanan və qərəzli, ermənipərəst mövqe nümayiş etdirməsi davam edir.

Siyasi şərhçi bildirib ki, bu cür halların fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu və regiondakı mövqeyi diqqətdən kənarda qalmamalıdır.

“Postmüharibə dövründən sonra Azərbaycan regional əməkdaşlıqda və beynəlxalq nəqliyyat layihələrində aparıcı rol oynayır. Xüsusilə Şərq-Qərb ticarət dəhlizinin əsas halqası kimi Azərbaycanın strateji əhəmiyyəti durmadan artır. Bununla yanaşı, Avropanın özündə də ciddi siyasi və iqtisadi çətinliklər müşahidə olunur. ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-Avropa münasibətlərində gərginliyin artması, Avropanın ənənəvi müttəfiqindən uzaqlaşaraq Çinlə yaxınlaşmağa başlaması qitənin geosiyasi dilemmasını dərinləşdirir. Bu reallıqlar fonunda Azərbaycanın müstəqil və güclənən siyasəti, həm regional, həm də qlobal müstəvidə mühüm rol oynaması, bəzi Avropa dairələrində narahatlıq doğurur. Məhz bu narahatlıq Azərbaycana qarşı müxtəlif bəhanələrlə aparılan təzyiqlərin və qərəzli münasibətin başlıca səbəblərindəndir. Azərbaycan bütün bu təzyiqlərə baxmayaraq, öz milli maraqlarını müdafiə etməyə davam edəcək və beynəlxalq hüquqa əsaslanan siyasətindən geri çəkilməyəcəkdir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri