Icma.az
close
up
RU
Azərbaycan BMT də etibarlı tərəfdaş kimi nüfuzunu davamlı şəkildə gücləndirir

Azərbaycan BMT də etibarlı tərəfdaş kimi nüfuzunu davamlı şəkildə gücləndirir

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) etibarlı və ləyaqətli tərəfdaşlarından biri kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır".

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib. Onun sözlərinə görə, məhz ölkəmizin artan beynəlxalq nüfuzu və həyata keçirdiyi balanslı xarici siyasət nəticəsində Azərbaycan 2011-ci ildə BMT Baş Assambleyasında 155 dövlətin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir:

"Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.
Azərbaycan BMT-nin məqsəd və prinsiplərinə sadiq qalaraq təşkilatın qlobal təşəbbüslərində fəal iştirak edir, beynəlxalq əməkdaşlığın inkişafına və çoxtərəfli diplomatiyanın gücləndirilməsinə mühüm töhfələr verir. Ölkəmizin nüfuzunun göstəricilərindən biri də beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsidir.

BMT-nin iqlim dəyişiklikləri üzrə COP29 konfransının Azərbaycanda keçirilməsi, eləcə də 2026-cı ildə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün Bakıda təşkil olunması beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının və dəstəyinin göstəricisidir. Bu mühüm tədbirlərin ölkəmizə həvalə edilməsi Azərbaycanın uğurlu xarici siyasətinin və diplomatiyasının mühüm nəticələrindəndir.

Azərbaycan eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər icra olunmaması şəraitində öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsipləri əsasında bərpa etmişdir. Bununla Azərbaycan beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından mühüm presedent yaratmış, ikili standartların və selektiv yanaşmaların yolverilməzliyini nümayiş etdirmişdir.

Azərbaycan BMT ilə əməkdaşlığın və tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Çünki bu əməkdaşlığın inkişafı ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin həyata keçirilməsinə, iqlim dəyişikliyi, rəqəmsal transformasiya, humanitar məsələlər və digər qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanlarının genişlənməsinə, həmçinin
Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər".

Lətifə Abdıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri