Icma.az
close
up
RU
Azərbaycan etibarlı tərəfdaş kimi ehtiramla əhatələnib

Azərbaycan etibarlı tərəfdaş kimi ehtiramla əhatələnib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Son illər beynəlxalq aləmdə dünyəvi proseslər xeyli gərginləşib. İran-İsrail müharibəsinin dağıntıları aradan qaldırılmamış ABŞ, İsrail – İran müharibəsi başladı. Bu müharibə miqyasına görə son on illərin ən böyük müharibələrindəndir. Belə bir vaxtda Azərbaycan yenə dünyəvi, bəşəri dövlət olraq beynəlxalq münasibətlərin normallaşması istiqamətində öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İranın Naxçıvana dron zərbələri endirsə də dinc yanaşı yaşama tərəfdarı olduğunu qətiyyətlə bildirdi.
Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri də dövlətlərarası münasibətlərdə olduğu kimi, beynəlxalq təşkilatlarla da əlaqələrin bu düstura əsaslandığı qənaətin təsdiqidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırdı.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğu bir daha təsdiqlənən bu nüfuzlu səfərdə 16 dövlətin, o cümlədən Avropa İttifaqının 10 üzvünün Azərbycandan qaz aldığını, Azərbaycanın qaz hasilatnı artıracağını, qazı yeni yataqda hasil etməyə başlayacağını, Azərbaycanın 10 milyard kubmetr əlavə qazı olacağını, beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmağı planlaşdırdığını, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımaların ikitərəfli gündəliyinin mühüm hissəsi olduğunu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısının keçirildiyini, Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılmasına böyük ümidlər olduğunu, müstəqilliyi hələ 1991-ci ildə bərpa olunan Azərbaycanın cəmi yeddi aydır sülhdə yaşadığını, ...
xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik”.
Bu rəsmi səfər zamanı, həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıb. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi.
Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik olduğunu, münasibətlər baxımından etibarlı tərəfdaş kimi ehtiramla əhatələndiyini də tarixləşdirdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri