Azərbaycan BMT də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu və onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğu bildirilib.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının III komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, itkin düşmüş uşaqların taleyinin müəyyənləşdirilməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı aktual humanitar məsələlərdən biridir.
Ş.Hacıyev mina çirklənməsinin də ciddi təhlükə olaraq qaldığını bildirib. Qeyd edib ki, 1990-cı illərdən etibarən basdırılmış minalar nəticəsində 3,4 mindən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında uşaqlar və gənclər də var.
Diplomat "Böyük Qayıdış" proqramı çərçivəsində 2026–2027-ci tədris ilində məcburi köçkünlərin doğma yerlərinə qayıtmasından sonra 4 minə yaxın şagirdin təhsil müəssisələrində təhsil almaq imkanı əldə etdiyini diqqətə çatdırıb.
Azərbaycanın BMT-dəki nümayəndəsi həmçinin bildirib ki, 2026-cı ildə ölkədə uşaqların müdafiəsi mexanizmlərinin gücləndirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun qəbul edilib.
Onun sözlərinə görə, uşaqlar Azərbaycan əhalisinin təxminən 30 faizini təşkil edir və onların müdafiəsi və inkişafı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















