Icma.az
close
up
RU
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122ci sessiyasında təmsil olunub FOTO Doğru Xəbərlər

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122ci sessiyasında təmsil olunub FOTO Doğru Xəbərlər

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

13-15 noyabr tarixlərində Kolumbiya Respublikasının Kartaxena şəhərində BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyası keçirilib.

Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə keçirilən sessiyada Təşkilata üzv olan 31-dən çox dövlətin iştirakı baş tutub.

Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

Sessiya çərçivəsində hazırda ölkəmizin ev sahibliyi ilə keçirilməkdə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eləcə də COP Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində COP29-un tematik proqramına ilk dəfə olaraq turizmin daxil edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ölkələr “COP29 Turizm günü Tədbirləri” çərçivəsində təşkil ediləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”nün yekununda qəbul edilməsi nəzərdə tutulan Bəyannaməyə qoşulmağa çağırılıb

Bununla yanaşı, Təşkilatın İcraiyyə Şurasının üzv dövlətləri 2025-ci ilin birinci yarısında ölkəmizin ev sahibliyi ilə təşkil ediləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edilib.

Həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edilərək, müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.

BMT Turizmin Baş katibi Zurab Pololikaşvili öz növbəsində təqdim etdiyi hesabatda ölkəmizdə COP29-un yüksək səviyyəli təşkili münasibətilə Azərbaycanı təbrik edib, COP29-un nəinki Qafqazın, bütün regionun nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

İclasın sonunda keçirilən seçkilərin yekununda Braziliya 2025-ci il üzrə BMT Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri