Icma.az
close
up
RU
Azərbaycan Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara təbii qazın tədarükünə başlayıb

Azərbaycan Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara təbii qazın tədarükünə başlayıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.

APA-Economics” xəbər verir ki, SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və SOCAR-ın lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St. Cyril and Methodius” ibtidai məktəbidir.

Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manolov iştirak ediblər.

Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.

Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.

Ölkənin qaz istehlakının 50%-ni təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.

SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri