Icma.az
close
up
RU
Azərbaycan braziliyalı sərmayədarları fəal əməkdaşlığa dəvət edib

Azərbaycan braziliyalı sərmayədarları fəal əməkdaşlığa dəvət edib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib.

Bu barədə 525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

İclas iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri çərçivəsində baş tutub. Səfər çərçivəsində Braziliyada görüş və tədbir keçirilib, əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev tədbirdə ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə Braziliya ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu baxımdan Birgə İşçi Qrupu mühüm platforma rolunu oynayacaq. İclasda Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün müxtəlif güzəştlər və münbit şərait təqdim edən geniş sənaye və aqroparklar şəbəkəsi haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət edilib.

Braziliyanın xarici işlər nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Laudemar Qonçalves de Aguiar Neto Azərbaycanla müxtəlif iqtisadi məsələlər üzrə tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, o cümlədən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sahələrdə işbirliyinin genişləndirilməsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. Tədbirin yekununa dair imzalanan protokolda ticarət və investisiya, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, texnologiya, elm və təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri öz əksini tapır.   

Səfər çərçivəsində Braziliyanın vitse-prezidenti, inkişaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkmin Elnur Əliyevi qəbul edib. Qəbul zamanı Azərbaycanın Braziliya ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd edilib ki, Braziliya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkə ilə ticarət dövriyyəsi 230 milyon ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəkdir. Braziliya ilə ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin gündəliyində olan məsələləri müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri