Icma.az
close
up
RU
Azərbaycan bu ideyanı reallığa çevirən əsas qüvvədir Deputat

Azərbaycan bu ideyanı reallığa çevirən əsas qüvvədir Deputat

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyur. Dünya dəyişir, mövcud təhlükəsizlik sistemi öz yerini yeni güc mərkəzlərinə verir, regional aktorların rolu isə getdikcə artır. Bu dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) özünəməxsus yeri, gücü və nüfuzu ilə seçilir. Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov deyib.

Deputat bildirib ki, bu zirvə Türk birliyinin artıq ideya deyil, siyasi və iqtisadi reallıq olduğunu göstərdi:

“Prezident İlham Əliyevin çıxışı zirvənin strateji ruhunu tam şəkildə əks etdirdi və bu birlik liderliyinin qlobal mahiyyətini ortaya qoydu. Azərbaycan təşkilatın ideoloji və strateji lokomotividir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan Türk dünyasının həmrəyliyini ideyadan reallığa çevirən əsas hərəkətverici qüvvəyə çevrilib. Prezidentin “Bizim ailəmiz Türk dünyasıdır” fikri Azərbaycan diplomatiyasının fəlsəfəsini ifadə edir.

İnanırıq ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi bu qurumun inkişafına yeni impuls verəcək.  Qəbələ Zirvəsinin əsas mövzusu regional sülh və təhlükəsizlik idi. Azərbaycan Prezidenti Türk Dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin son dərəcə vacib olduğunu bəyan etdi və strateji təşəbbüslə çıxış edərək 2026-cı ildə Azərbaycan ərazisində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.

Hesab edirəm ki, bu, zamanın tələbidir. Çünki sülh və təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Sülh gücdən, güc isə birlikdən və ittifaqdan doğur. Bu günün dünyasında güc hər bir ölkənin suverenliyinin və ərazi bütövlüyünün əsas təminatıdır.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri