Icma.az
close
up
RU
Azərbaycan bu qurumun üzvü oldu Bu, nə deməkdir?

Azərbaycan bu qurumun üzvü oldu Bu, nə deməkdir?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin sədrliyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə iştirak edir. Bu, Azərbaycan dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakıdır. Ş.Mirziyayevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu, praktikada nə deməkdir?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri arasında münasibətlər hamar deyildi, sərhəd problemləri mövcud idi, bəzən bu, silahlı toqquşmalara səbəb olurdu:

“Bu gərginlik arxada qalıb. Mərkəzi Asiya ölkələri aralarındakı mübahisələri həll edərək əməkdaşlığı gücləndirməyə qərar veriblər. Bu arada, Rusiya və Çinin bölgədə təsir gücü artıb. Buna baxmayaraq, Rusiyanın siyasi, Çinin isə iqtisadi gücü Mərkəzi Asiya ölkələrini narahat etməyə başlayıb və bölgə dövlətləri Moskva və Pekindən asılılıqlarını azaltmaq üçün ABŞ və Avropa Birliyi ilə əlaqələri gücləndirməyə, məhsullarını fərqli bazarlara çıxarmağa üstünlük veriblər. ABŞ və Avropa Birliyinin 5+1 formatında Mərkəzi Asiya ölkələri ilə artan təmasları və ortaq investisiya layihələri də bundan xəbər verir. Bu yerdə Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti artıb. Mərkəzi Asiya ölkələri strateji məhsullarını Avropa və ABŞ bazarlarına nəql etmək üçün Orta dəhlizin davamı kimi “Tramp yolu”ndan (Zəngəzur dəhlizi) istifadə etməyi planlaşdırırlar. Bu məqsədlə Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan Prezidenti ilə görüşləri və müzakirələri intensivləşdiriblər. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər. İlham Əliyev isə 3 il ərzində Mərkəzi Asiya ölkələrinə 13 dəfə səfər edib.

Bu arada, Azərbaycanla Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında isti münasibətlər mövcuddur. Bu, iki ölkə arasındakı münasibətlərə müsbət təsir edir. Azərbaycan Türkiyə və Özbəkistanla birgə Türk Dövlətləri Təşkilatını da gücləndirməyə çalışır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri