Icma.az
close
up
RU
Azərbaycan bu yolda qalib mövqeyini qoruyacaq və gücləndirəcək DEPUTAT

Azərbaycan bu yolda qalib mövqeyini qoruyacaq və gücləndirəcək DEPUTAT

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sənəd — “Trump Route for International Peace and Prosperity” (Trump Yolu) layihəsi — ölkəmizin diplomatik salnaməsində yeni bir zirvədir. Bu razılaşma, uzun illər davam edən siyasi gərginlik və blokada şəraitinin aradan qaldırılması istiqamətində ən böyük addımdır. Prezident İlham Əliyevin uzaqgörən liderliyi və qətiyyətli mövqeyi sayəsində Azərbaycanın milli maraqları beynəlxalq miqyasda növbəti dəfə təmin edildi.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, bu layihə ilk növbədə Naxçıvanın illərlə davam edən blokadasına son qoyacaq. Azərbaycan ilə Naxçıvan arasında birbaşa quru əlaqənin yaradılması həm iqtisadi, həm sosial, həm də strateji baxımdan tarixi hadisədir. Bu yol, eyni zamanda Azərbaycanı birbaşa qardaş Türkiyəyə bağlayaraq iki dövlətin münasibətlərini yeni mərhələyə daşıyacaq.

“Trump Yolu” yalnız nəqliyyat dəhlizi deyil, həm də bölgənin iqtisadi xəritəsini dəyişdirəcək strateji magistraldır. Bu layihə vasitəsilə Azərbaycan malları Orta Asiya və Avropa bazarlarına daha sürətli və sərfəli çatdırılacaq, enerji və kommunikasiya xətləri üçün yeni imkanlar açılacaq. Ölkəmizin tranzit mərkəzi statusu daha da möhkəmlənəcək.

Bu razılaşmanın başqa bir önəmli tərəfi də onun regional sülh və sabitliyə verdiyi töhfədir. Azərbaycan və Ermənistan arasında imzalanmış sənəd, Cənubi Qafqazda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranmasına zəmin yaradacaq. Bu, bütün region dövlətlərinin faydalanacağı bir əməkdaşlıq platformasıdır.

Prezident İlham Əliyevin xarici siyasət kursu bir daha sübut etdi ki, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də regionun gələcəyini müəyyənləşdirən əsas aktora çevrilir. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz liderinin ətrafında bir yumruq kimi birləşir, hər bir uğuru qürurla paylaşır.

“Trump Yolu” layihəsi regionda sülhün, inkişafın və gücün rəmzinə çevriləcək. Azərbaycan bu yolda qalib mövqeyini qoruyacaq və gücləndirəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri