Icma.az
close
up
RU
Azərbaycan cəmiyyətində ayrılıq, boşanma hadisələri qisasa çevrilir TƏHLİL

Azərbaycan cəmiyyətində ayrılıq, boşanma hadisələri qisasa çevrilir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Mehriban Zeynalova: “Mən Qərbin ailə münasibətlərinin emosiyalarla deyil, daha çox qanunla idarə edildiyini müşahidə edirəm”


“Həmişə qərblilərin boşanma mədəniyyətinə həsəd aparmışam. Adamlar adamdırlar, insandırlar. Boşanırlar və həyatlarına uşaqlarının atası və anası kimi davam edirlər. Bizdə arvadından boşanan uşağından da “boşanır”, ərindən boşanan uşağını silah kimi istifadə edir. Biri qaçır, o biri qovalayır”. Bu fikirlər sosioloq Lalə Mehralıya məxsusdur. L.Mehralı ölkəmizdə boşanma hadisələrindən ən çox təsirlənən, zərbəyə ən çox məruz qalanların məhz uşaqlar olduğunu qeyd edib. Sosioloq şahidi olduğu mənzərə barədə danışıb: 


- Ötən həftə metroda bir oğlanın telefon danışığına qulaq asmalı oldum. Daha doğrusu, oğlan platformada irəli-geri gedərək yalvarışla danışırdı deyə diqqətimi cəlb etdi. Dialoqdan başa düşdüm ki, keçmiş qayınanası ilə danışır. Oğlan əcəl təri tökürdü rəsmən, mən onun o an ürəyinin dayanacağından belə qorxdum. Telefondakına dediklərindən uşağını 11 aydır görmədiyini anladım, yalvarırdı, ilan dili çıxarırdı ki, uşağını görə bilsin. "Alimenti kəsməmişəm, vaxtında ödəmişəm, nə ehtiyacı varsa kartına atmışam, məni uşağıma niyə həsrət qoyur?" dedi oğlan. Sonra qarşı tərəf nə dedisə, oğlan "Allaha and olsun, cəmi 200 manatım var, bir görüşə görə 200 manat bəs eləmir ona? Mən ölürəm axı, uşağımı görə bilmirəm" dedi. Anladım ki, uşağı göstərmək üçün pul tələb edirlər. Dəhşətli vəziyyət idi. Sonra qatar gəldi, mən mindim, oğlan hələ də platformada irəli-geri gedib danışırdı. 


Sosioloq qeyd edib ki, cütlüklər müxtəlif səbəblərdən boşana bilər, amma bu halın heç bir halda övladların həyatını məhv etməsinə izn verilməməlidir: 


“Keçmiş ərinizə, keçmiş arvadınıza qəzəbli ola bilərsiniz, ümidləriniz doğrulmamış ola bilər, həyatınızı məhv etmiş ola bilər, amma boşananda uşağınızı da boşatmayın atasından, anasından. O oğlan, bəlkə də, pis ər olub, bilmirəm, amma övladından ötrü o qədər yalvarırsa, deməli, pis ata deyil. Onu övladından, övladını ondan məhrum etmək alçaq hərəkətdir. Boşanıb xaricə qaçan atalar var, keçmiş arvadı illərlə aliment ala bilmir, uşaq necə böyüdü, necə oxudu, atanın xəbəri olmur”.

Son illərdə evlənmə sayında azalma, boşanma sayında isə artım olduğu nəzərə alınarsa, bunun ciddi problem kimi özünü büruzə verdiyini söyləyə bilərik. Amma niyə ata və ya ana (hər iki hal mümkündür) övladına həsrət qalmalıdır, rəsmi qaydada boşanma gerçəkləşibsə və tərəflər şərtlərə əməl etmirsə, məsələn, uşağın ata və ya anayla vaxt keçirməsi, görüşməsi kimi - qarşı tərəf hara müraciət etməlidir? Valideynin çarəsizliyinə qanuni şəkildə həll tapıla bilər, yəqin ki.      


“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bizim ənənədə sadiqlik, etibarlılıq kimi dəyər sistemləri dərin köklərə sahibdir: 

- Məsələ burasındadır ki, etibarlılıq, sadiqlik kimi dəyərlərə bağlılıq alt şüurumuzda möhkəm bir şəkildə qalmaqdadır. Ailə quran şəxslər bir ömrü boyu birgə ömür sürməyi qeyri-ixtiyari öz şüuraltına həkk edirlər. Qeyd olunan hadisədən görünür ki, nə kişi, nə də qadın ayrılmaq üçün evləniblər. “Qərb mədəniyyəti” deyirik, amma emosiyalar fərqlidir. Mən Qərbin ailə münasibətlərinin emosiyalarla deyil,  daha çox qanunla idarə edildiyini müşahidə edirəm. Birincisi, onlar əvvəlcədən şərtləndirir bütün münasibətlərini, nikah müqaviləsi bağlayırlar, bizdə isə bu, qeyri-etik hesab edilir. Ailə quran tərəflər hətta münasibətləri pis olsa da, ömür boyu birgə yaşayacaqlarını düşünürlər. Və ailədə hər hansı təzyiqə, zorakılığa, qarşılıqlı anlaşılmazlığa baxmayaraq, münasibətləri davam etdirir, ailəni qoruyub saxlamağa çalışırlar. Davranışlarını korrektə etmək niyyətində olmurlar da. Ayrıldıqda, boşanma olduqda isə bu, qisasa çevrilir. Təəssüf ki, bu, reallıqdır. Həm qadın, həm də kişi özünə məxsus olanın başqası ilə bölüşülməsini ağlına gətirmir. Qisas üçün ən yaxşı alət isə yenə də təəssüf ki, uşaq, övladlar olur. Fikir vermisinizsə, əvvəllər, bəzən indi də qarşı tərəfi özünə bağlı saxlamaq üçün qadın iqtisadi imkanlara baxmayaraq, hətta əri əleyhinə olsa belə, uşaq sayını artırmaqla ailəni qoruyub saxlamağı düşünür. Bütün bunlar əksər vaxt alt şüurumuzda nənələrimizin, babalarımızın davranışının təlqinidir, yəni təlqin dedikdə birgə qocalmaq, birgə ömür sürmək nəzərdə tutulur. 


M.Zeynalova qeyd etdi ki, əgər tərəflər rəsmi qaydada boşanıblarsa və məhkəmənin qərarında övladın ata və ya ana ilə görüşməsi qaydası qeydə alınıbsa, qaydaya əməl etməyən tərəflə bağlı şikayət ərizəsi yazılmalı və aidiyyəti təqdim olunmalıdır: 


- Yaxşı olar ki, tərəflər problemlərini hüquqi müstəvidə həll etsinlər. Yalvar-yapışla məsələ həllini tapmayacaq, hüquq-mühafizə  orqanına, məhkəməyə müraciət edilməlidir. Şikayətçi həmçinin Mediasiya Şurasına da müraciət edə bilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri