Azərbaycan çempionatında XIII tura start veriləcək
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIII tura start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçiriləcək.
Saat 16:00-da “Milli Aviasiya Akademiyası” "Abşeron"la üz-üzə gələcək. Saat 17:00-da UNEC "Azərreyl"i qəbul edəcək. Tura saat 18:00-da başlayacaq “Murov Az Terminal” - “Gəncə” görüşü ilə yekun vurulacaq.
Birinci və üçüncü matç Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində, ikinci oyun isə UNEC Voleybol Klubunun idman zalında gerçəkləşəcək.
Qeyd edək ki, 12 turdan sonra "Abşeron" 32 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 27 xalla ikinci, "Azərreyl" 18 xalla üçüncü pillədə qərarlaşıb. "Gəncə" 17 xalla dördüncü, "Murov Az Terminal" 14 xalla beşincidir. Sonuncu - altıncı yerdəki UNEC-in xalı yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















